Get Mystery Box with random crypto!

İranın icraedici orqanında iki dönəm reformist hakimiyyətdən s | Şərqə Baxış

İranın icraedici orqanında iki dönəm reformist hakimiyyətdən sonra mühafizəkarlar dövrü başlayır. 62 % səslə prezident seçkilərində qalib gələn İbrahim Rəisi İranın İnqilabçı elitası üçün çox böyük önəm kəsb edən bir dövrdə ön plana çəkilir.

Yeni dövrdə üçün iki əhəmiyyətli məqam diqqət mərkəzində olacaq: 82 yaşlı Ali lider Xamemeyinin varisinin müəyyənləşdirilməsi və mümkün yumşaq keçid prosesinin təmin edilməsi; davam edən nüvə danışıqları çərçivəsində İran-Qərb münasibətlərinin yeni formasının və sərhədlərinin müəyyən edilməsi.

Rəisi dövründə xarici siyasət ilə bağlı önə çıxa biləcək məsələlər arasında regionun şiə təşkilatları ilə əlaqələrin yenidən formalaşdırılması, Türkiyə ilə regional “soyuq müharibə”, eləcə də Çin ilə siyasi-iqtisadi yaxınlaşmanı xüsusilə qeyd etmək olar.