Get Mystery Box with random crypto!

İsrailin yeni hökumətinin xarici işlər naziri Yair Lapidin ilk | Şərqə Baxış

İsrailin yeni hökumətinin xarici işlər naziri Yair Lapidin ilk xarici səfəri Birləşmiş Ərəb Əmirliklərinə olacaq. (mənbə: Barak Ravid)

Bu maraqlı xəbərdir. Çünki, bilirik ki, BƏƏ-İsrail münasibətlərinin müəllifi sabiq baş nazir Benyamin Netanyahu idi. BƏƏ ilə imzalanmış “İbrahim Sazişi” Netanyahunun xarici siyasətdə əsas imzası və ən yadda qalan “miras”ıdır.

Yeni hökumət isə sırf Netanyahu əlehdarlığı motivasiyası ilə qurulmuşdu. Belə görünür ki, yeni hökumət anti-Netanyahuluğu xarici siyasətə yansıtmaq fikrində deyil. Onu da qeyd edim ki, Netanyahu hökumətinin XİN rəhbəri BƏƏ-ni ziyarət etməmişdi. Yeni hökumətin XİN rəhbərinin ilk ziyarətini Əbu-Dabiyə etməsi BƏƏ ilə münasibətlərin əsas prioritet olacağının mesajıdır.

Əslində bu məqam daxili proseslər və siyasi revanşistliyin dövlətin xarici siyasətinə təsir etməməli olduğunun yaxşı bir örnəyidir. Eləcə də, dövlətlərin imzalarına sadiqliyinə, xarici siyasətdə davamlılığa örnək verilə bilər.

BƏƏ-İsrail yaxınlaşması hər iki tərəfin qazandığı prosesdir, sırf siyasi revanşistliyə qurban verilməmək istənilməməsi başa düşüləndir.