Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள்

2022-08-31 22:17:36 Ukraynanın cənub cəbhəsindən Xerson istiqamətində başladığı irimiqyaslı əks-hücum əməliyyatı iki gündür ki, davam edir. Ukraynanın əks-hücumdakı məqsədi kimi rus qoşunlarını Dnepr çayının qərb sahilindən sıxışdırıb çıxarmaq göstərilir. Geniş kontekstdə isə bu əks-hücumun Rusiyanın Nikolayev üzərindən Odessaya mümkün müdaxiləsi ehtimalını ortadan qaldırmaq məqsədi daşıdığı bildirilir. Yəni, Ukrayna Rusiyanın cənub-qərb istiqamətində möhkəmlənməsinə göz yummaq istəmir.

Cənubdakı əks-hücumun psixoloji kontekstdə önəmli olduğu barədə deyilənlərə daha çox qatılıram. Məlum olduğu kimi, bütün yay boyunca həm daxildə, həm də xarici auditoriyada Ukraynanın cənubdakı əks-hücumu gözlənilirdi. Hücumun gecikdikcə gecikməsi həm daxildə, həm də xaricdə inamı azaldırdı. Ola bilər ki, Ukrayna rəhbərliyi əks-hücuma keçərkən hərbi-taktiki amillərdən daha çox, bu amilə üstünlük verib. Heç hücuma keçməməkdənsə, limitli qazancın ola biləcəyi bir əks-hücum variantı seçilib. Bununla da, rəsmi Kiyev Qərbdə xüsusi inam yaradacağını və Ukraynaya hərbi dəstəyin daha da intensivləşəcəyini düşünür. Təbii ki, burada Rusiya tərəfinin sentyabrın əvvəllərində Xersonda keçirmək istədiyi referenduma imkan verilməməsi məqamı da var, bu da Ukrayna daxilində siyasi rəhbərlik və orduya inamı gücləndirmək deməkdir. Ancaq Ukraynanın hücumunun ciddi uğursuzluqla nəticələnməsi də cənub istiqamətində müqavimətin zəifləməsi və Rusiyanın Nikolayevə yolunun açılması riski daşıyır.

Rusiya tərəfi Ukraynanın Xerson istiqamətindəki əks-hücumunun ilk fazalarının dəf edildiyini, qarşı tərəfin xeyli sayda itkilərin olduğunu bildirir. Ukrayna isə müdafiə xəttini yarma əməliyyatının uğurlu olduğunu, müəyyən ərazilərin azad edildiyini bildirir. Göründüyü kimi hər iki tərəfin iddiaları bir-birindən kəskin fərqlənir. İndiki məqamda dəqiq nəsə demək tezdir. Yəqin ki, bir neçə günə əks-hücumla bağlı ilkin mənzərə müəyyənləşəcək. Cənubdakı əks-hücumun nəticəsinin müharibənin ümumi mənzərəsini dəyişdirəcək qədər iriqmiqyaslı olub olmayacağını isə zaman göstərəcək.

@serqebaxis
360 views19:17
திற / கருத்து
2022-08-31 22:17:23
354 views19:17
திற / கருத்து
2022-08-30 15:58:17
Dünəndən bəri İraqda davam edən nümayişlərlə bağlı çıxış edən Müqtəda əl-Sədr tərəfdarlarını çox sərt tənqid edib. “Batsın belə inqilabınız” deyə açıqlama verən Müqtəda tərəfdarlarına nümayişləri dərhal sonlandırmaq üçün bir saat vaxt verib. Çıxışının sonunda əl-Sədr İraq baş naziri, təhlükəsizlik qüvvələri və Həşdi Şabi milislərinə təşəkkür edib. Çıxışından sonra Sədr tərəfdarları hökumət binaları və meydanlardan çəkilməyə başlayıb.

Deyə bilərik ki, Müqtəda bir gün ərzində əvvəlcə ciddi böhran yaradıb, daha sonra böhranı həll edən mötədil qəhrəman fiqur kimi ortaya çıxaraq klassik bir siyasi oyun oynadı. Bu gedişlə o, İraq dövlət aparatını sadəcə bir neçə saat ərzində iflic edə bilmək gücünün olduğunu da göstərdi. Müqtədanın hər dəfəsində əl yüksəldərək oynadığı oyunun sonunun nəyə hesablandığını isə anlamaq elə də çətin deyil: Sədr hərəkatı İraq siyasətinin mərkəzinə yerləşmədən ölkədə stabilliyin mümkün olmadığını göstərmək.

@serqebaxis
600 views12:58
திற / கருத்து
2022-08-29 23:46:52 İraqın güclü siyasi fiquru olan şiə din xadimi Müqtəda əl-Sədrin siyasət meydanından çəkildiyini elan etməsindən sonra paytaxt Bağdadda gərginlik pik həddə çatıb. Sədr tərəfdarlarının küçələrə axışmasından sonra baş verən qarşıdurmalarda azı 15 nəfər həlak olub, 200-dən çoxu yaralanıb.

Hazırkı siyasi böhranın dar çərçivədə seçkilərdən 10 ay keçməsinə baxmayaraq baş nazir və kabinet məsələsində uzlaşa bilməyən Sədrçilər və İran dəstəkli şiə siyasi qrupların (bu qruplar Koordinasiya Çərçivəsi adı altında toplanıb) mübarizəsindən qaynaqlandığı bəllidir. Səddam sonrası İraq siyasi sisteminə əsasən, prezidentlik kürsüsü kürdlərə, parlament spikerliyi sünnilərə, baş nazirlik isə şiələrə ayrılıb. Müqtəda əl-Sədrin dini motivlərlə yanaşı, İraq millətçiliyini ön plana çıxarmaqla İranın Bağdada siyasi təsir imkanlarını tamamilə sonlandırmaq istəməsi isə bu mübarizənin daha geniş çərçivəsidir. Bu mənada, hazırkı mənzərəni İraq şiəliyi və İran şiəliyi arasında mübarizə kimi də şərh edənlər var. Ərəb millətçiliyi vurğusu edən və İranın İraqdakı təsirini qırmaq istəyən Müqtədanın Körfəzin Ərəb monarxları tərəfindən dəstəkləndiyini təxmin etmək yəqin ki, elə də çətin deyil.

Müqtəda parlamentdəki sünni və kürd partiyalarla koalisiya quraraq İran dəstəkli şiə qrupları hökumətdən kənarda saxlamağa çalışsa da, Tehranın təzyiqləri nəticəsində belə bir koalisiya hökuməti baş tutmadı. İran heç bir halda şiəlik faktoru vasitəsilə İraq dövlət aparatına təsirini itirmək istəmir. Bu həm də İranın Yaxın Şərqdəki “şiə hilalı” qrand strategiyasına çox ciddi zərər vura bilər.

Əvvəlcə parlamentdən çəkilən Müqtəda Koordinasiya Çərçivəsinin Məhəmməd əl-Sudanini baş nazir namizədi kimi göstərməsinə etiraz olaraq tərəfdarlarını küçəyə çıxardı, əzələ nümayiş etdirərək yeni seçkilər keçirilməsi barədə çağırış etdi. Bununla da, Müqtəda “mənim istədiyim olmasa, heç kimin istədiyi olmayacaq” mesajını verdi.

Gərginliyin yüksək olduğu bir vaxtda, bu gün Müqtədanın yaşlı tərəfdarlarının önəmli qismininin təqlid mərceyi kimi qəbul etdiyi ayətullah Kazem əl-Haerinin səhhətini əsas göstərərək dini rəhbər funksiyalarından imtina etməsi və müqəllidlərini bundan sonra İran rəhbəri Xameneyini izləməyə çağırması toqquşmaları yenidən alovlandırıb. Haerinin bu həmləsi Müqtədanın anti-İran siyasi kursu ilə bütünlüklə ziddiyət təşkil edir və böyük ehtimal ki, bu, İranın Müqtədaya cavab zərbəsidir. Lakin Müqtədanın dini motivlərdən daha çox ölkədəki xronik sosyoloji problemlərə, korrupsiyaya vurğu etməsini nəzərə alsaq bu həmlənin onun dayaqlarını silkələsə də, dərindən sarsmayacağını qeyd etmək lazımdır. Müqtəda xüsusilə İraqın yoxsul və gənc kütlələrinə xitab edən populist siyasət yürüdür, bu mənada Müqtədanı təkcə şiəlik çərçivəsində saxlamaq da mümkün deyil.

Müqtəda kimi ambissiyalı birinin siyasət səhnəsindən birdəfəlik çəkilməsi də realistik deyil. Hər halda, Müqtəda bundan öncə də dəfələrlə siyasətdən getdiyi barədə açıqlamalar versə də, bir neçə aydan sonra meydanlara yenidən qayıdıb. Bəzi ekspertlər, Müqtədanın siyasət səhnəsindən çəkilmə elanını hərəkət sərbəstliyini təmin etmək, şiddət hadisələrindən məsuliyyət daşımamaq üçün manevr kimi qiymətləndirir.

Bağdadda Sədrçilər və İran dəstəkli qruplar arasında silahlı qarşıdurmaların nəzarətdən çıxdığı bu dəqiqələrdə İran mənbələri şəkil paylaşaraq Müqtədanın Tehrana gəldiyini bildirir. Bəzi mənbələr isə Müqtədanın İrana zorla aparıldığını iddia edir. Müqtədaya yaxın mənbələr isə onun İranda olması ilə bağlı məlumatı təkzib edib.

@serqebaxis
649 viewsedited  20:46
திற / கருத்து
2022-08-29 23:46:42
589 views20:46
திற / கருத்து
2022-08-27 23:57:42 Əlcəzairə 3 günlük səfəri çərçivəsində Fransa prezidenti Makron iki açıqlaması ilə gündəmə gəlib.

İlk olaraq, Makron Türkiyə, Çin və Rusiyanı Afrikada anti-fransız kampaniyası aparmaqda günahlandıraraq, bu ölkələri Fransanın Afrikadakı imicini pozmağa çalışmaqda ittiham edib. Fransa prezidenti hər üç ölkənin Afrikada neo-müstəmləkəçi və imperialist məqsədlərinin olduğunu bildirib. Makronun açıqlamasına sərt reaksiya verən Türkiyə XİN Fransa prezidentini başqalarını günahlandırmaq yerinə, Afrikadakı etirazların səbəblərini ölkəsinin qitədəki müstəmləkəçi keçmişində axtarmağa çağırıb.

Makronun Britaniya baş nazirliyinə əsas namizəd olan Liz Trassın “Makronun Britaniyanın müttəfiqi yoxsa düşmən olduğu məlum deyil” sözlərinə cavabı da diqqət çəkib. Makron deyib ki, “liberal olmayan və avtoritar ölkələrin getdikcə artdığı bir dünyada Fransa və Britaniya müttəfiq yoxsa düşmən olduğunu müəyyənləşdirə bilmirsə, deməli biz çox ciddi problemlər doğru gedirik. Biz Britaniyanı müttəfiq və xalqını dost olaraq görürük. Baxmayaraq ki, Britaniya liderləri publikaya oynamağa çalışarkən bır sıra “kiçik” səhvlərə yol verirlər.”

Afrikaya ciddi maraq göstərən önəmli ölkələrin sayının artmasını və Britaniya ilə münasibətləri Makronun ikinci pezidentlik dövrünün başlıca xarici siyasət problemləri hesab etmək olar. Düşünürəm ki, növbəti 5 il Fransanın xarici siyasəti üçün xeyli sancılı keçəcək. Makronu isə ölkəsini belə bir fırtınalı dənizdən sağ-salamat çıxara biləcək kapitan hesab etmirəm…

@serqebaxis
741 viewsedited  20:57
திற / கருத்து
2022-08-27 23:57:32
698 views20:57
திற / கருத்து
2022-08-26 00:12:38 İmran Xan fenomeni Pakistanın siyasi həyatına yön verməkdə davam edir.

İmran Xanla bağlı əsasən iki qənaət önə çıxır. Birincisi, Xan Pakistanda oturuşmuş hərbi və siyasi elitaya, yəni “isteblişment”ə qarşı kütlələrin dəstəyini qazanaraq mübarizə aparan fiqur kimi göstərilir. İkincisi, İmran Xanın Çin və Rusiya orbitinə yaxınlaşıb qlobalist Qərb qüvvələrinə qarşı mübarizə aparan imicidir. İkinci versiya bizim cəmiyyətimizdə daha çox mənimsənilir.

Ancaq hər iki versiyada həqiqət olmaqla yanaşı, hər iki yanaşma qüsurludur. İmran Xanın məhz indilərdə hədəfə qoyduğu hərbi-siyasi elitanın xüsusi dəstəyi ilə hakimiyyətə gəldiyini qeyd etmək lazımdı. Eyni zamanda, Xanın məhz, Çin-Rusiya orbiti ilə münasibətləri möhkəmləndirmək istəyən Ordu tərəfindən siyasi arenada gücləndirildiyini xatırlamaq yerinə düşər. Yəni, İmran Xanı Pakistanın xarici siyasətində orbit dəyişikliyi yaradan bir fiqur kimi təqdim etmək kökündən yanlışdır.

Amma bu da bir reallıqdır ki, İmran Xan oturuşmuş elitaya qarşı kütlələri çox yaxşı konsolidasiya edə bilər. Bu cəhətdən İmran Xanı bir mənada Ərdoğana bənzətmək olar. Amma Ordunun dövlət aparatına təsirində Pakistan və Türkiyə müqayisəolunmaz dərəcədə fərqli örnəklərdir.

Pakistan bu təsirə görə Misirlə müqayisə oluna bilər. Pakistan və Misir örnəyində ordu bir zamanlar Türkiyədə olduğu kimi təkcə, mülki siyasətin başı üzərində dəyənəklə dayanmır. Bu iki örnəkdə ordu siyasətdən tutmuş iqtisadiyyatın müxtəlif qollarınadək öz dominantlarını qoruyur. Yəni, həm Pakistan, həm də Misirdə dövlətin ordusu yox, ordunun dövləti var deyə bilərik. Bu mənada bütün kartları açıq oynayan İmran Xanın çox böyük riskə getdiyi məlumdur.

Mövzu ilə bağlı bu gün paylaşılan bir məqalədə Pakistan ordu elitasının aprel ayında İmran Xanı hakimiyyətdən uzaqlaşdıranda Xanın hansısa Avropa ölkəsinə sürgünə gedərək həyatını orada davam etdirəcəyinə ümid etdiyi qeyd olunurdu. Ancaq İmran Xan Pakistanda qalıb sonadək mübarizə aparmağı seçdi.

İyulun ikinci həftəsində 230 milyon əhalinin az qala yarısının, yəni 110 milyon insanın yaşadığı Pəncab əyalət məclisinə seçkilərdə qələbə qazanan İmran Xan kütlələr nəzdində nə qədər güclü olduğu barədə oturuşmuş siyasi və hərbi elitaya öz mesajını verdi. Xandan qurtulmaq istəyən Ordunun qarşısında mümkün variantlar elə də çox deyil. Havadan sudan ittihamlarla məhkəmə qarşısına çıxarılmasının İmran Xanı dayandıra bilməyəcəyi bəllidir. Hazırda ən real ehtimal kimi Ordunun birbaşa hakimiyyətə müdaxilə edərək hərbi çevriliş etməsi görünür.

Onu da qeyd etmək lazımdır ki, apreldəki proseslərə ordunun müdaxiləsi olsa da, koalisiya müttəfiqinin geri çəkilməsi ilə İmran Xan iqtidarının hakimiyyətdən salınması tamamilə legitim idi. Amma hərbi çevriliş legitim olmayan yoldur, Pakistan Ordu elitasının Xandan qurtulmaq üçün bu yolu nəzərdən keçirdiyinə də heç bir şübhəm yoxdur. Daha ekstrimal versiya isə İmran Xanın açıq oyununun bədəlini həyatı ilə ödəməsidir. Bənazir Bhutto örnəyini xatırlayıram…

@serqebaxis
1.1K viewsedited  21:12
திற / கருத்து
2022-08-26 00:12:30
902 views21:12
திற / கருத்து
2022-08-24 21:37:43 Rusiya-Ukrayna müharibəsinin 6 ayı tamam olur.

Müharibə ərəfəsində Rusiyanın hesablamaları nə olursa olsun, hərbi əməliyyatlara başlamaqla çox böyük riskə girdiyi barədə müzakirə aparmışdıq. Bilirik ki, müharibələrin gedişatı kağız üzərində yox, meydandakı reallıqlarla müəyyən olunur. Rusiyanın Ukraynaya mümkün müdaxiləsini Sovet-Əfqanıstan müharibəsi örnəyi ilə müqayisə etmişdik.

Həmin müzakirədə bir izləyicimiz “müharibəni istədiyin vaxt başlada bilərsən, ancaq istədiyin vaxt sonlandıra bilməzsən” xarakterli bir fikir yazmışdı. Həqiqətən də geridə qoyduğumuz 6 ay bu fikrin nə qədər doğru olduğunu göstərdi. İndiki mərhələdə müharibənin sonlanmasının hansısa tərəfin təktərəfli iradəsindən asılı olmadığı barizdir.

Münaqişənin sonlanması üçün ya bir tərəf tamamilə məğlub edilməlidir, ya da bir mərhələdən sonra gücü tükənən tərəflər bir-birinə geri addım atmaq imkanı yaradıb aktiv fazanı səngitməyə razılaşmalıdır.

Rusiya prezidenti Putin bir neçə həftə öncə “hələ heçnəyə başlamamışıq, əsas həngamə qabaqdadır” tipli açıqlama vermişdi. Ukrayna prezidenti Zelenski isə müharibənin ilk həftələrində ciddi güzəştlərə hazır olduğu Krım məsələsində son dövrlərdə daha kəskin mövqe sərgiləməyə başlayıb. Bu da yəqin ki, Kiyevi aktiv şəkildə dəstəkləyən Qərb cəbhəsində Rusiyaya qarşı sərt mövqe göstərilməsinə tərəfdar olan qüvvələrin müharibənin əvvəllərində daha üstün olan Rusiyaya güzəştlər edilməsinə tərəfdar qüvvələri indiki periodda üstələməyə başladığını göstərir. Hərbi cəhətdən hər iki tərəf yorğun və tükənmiş görünsə də, siyasi indikatorlar müharibənin aktiv fazasının yaxın gələcəkdə sonlanmayacağına işarə edir.

Rusiya-Ukrayna müharibəsinin hər iki ölkənin gələcəyi ilə yanaşı, Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya regionundakı reallıqları köklü şəkildə dəyişdirəcəyinə heç bir şübhə yoxdur. Eyni zamanda, bu müharibə qlobal nizamın siyasi, hərbi, iqtisadi və enerji müstəviləri başda olmaqla, bütün elementlərinin ciddi miqyasda reviziyasını qaçılmaz edəcək.

@serqebaxis
1.0K viewsedited  18:37
திற / கருத்து