🔥 Burn Fat Fast. Discover How! 💪

Salam dostlar! “Proqramçının yolu” kanalını izlədiyinizə g | Proqramçının yolu

Salam dostlar!

“Proqramçının yolu” kanalını izlədiyinizə görə sizə çox təşəkkür edirəm. Və hələ də izləməyə və aktiv olmağa çağırıram. Çünki sizi burda möhtəşəm və çox faydalı paylaşımlar gözləyir . Çünki ətrafımdakı insanların proqramlaşdırmaya və kanalıma olan marağını görərək, özüm də motivasiya oldum və kanalımı davam etdirmək qərarını aldım.

Öncəliklə, daha əvvəl özümü təqdim etməmişdim. Və bu səhvi aradan qaldırmaq istəyirəm. Mən Şəbnəm Yusifzadə. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” ixtisasını bitirmişəm. 3 illik iş təcrübəsinə sahibəm. Hazırda, “Aztelekom MMC” şirkətində “Laravel üzrə proqramçı” vəzifəsində çalışıram.

İndi isə gələk planlara. Telegram kanalında paylaşımlardan əlavə yaxın zamanda YouTube vasitəsi ilə bilik və təcrübələrimi sizə ordan çatdıracam. Bundan əlavə kanalda aktiv şəxslər qiymətləndiriləcək.

Həmçinin, “Kreşendo” marafonu vasitəsi ilə tanış olduğum dostum Sərxan Əliyev @sarkanaliyev də kanalda sizlərə öz təcrübəsini və biliklərini çatdırmaq istəyir. Ona bu dəstəyinə görə çox təşəkkür edirəm.

Məqsədimiz Azərbaycan dilində İT sahəyə aid resursların çoxalması və beləliklə bu sahədə ölkəmizin inkişaf etməsidir. Biz bildiklərimizi sizə çatdırmağa çalışacağıq və siz də kanalda aktiv olaraq bizi bu işdə motivasiya edə bilərsiz!

Yolumuz uğurlu olsun, dostlar!