🔥 Burn Fat Fast. Discover How! 💪

Proqramçının yolu

Logo of telegram channel azedevway — Proqramçının yolu P
Logo of telegram channel azedevway — Proqramçının yolu
Channel address: @azedevway
Categories: Blogs
Language: English
Subscribers: 137
Description from channel

Azərbayanda IT sahəsində gənclərin inkişafı üçün yaradılmış kanal
Əlaqə üçün: @feedback_owl_bot

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


The latest Messages 2

2021-02-21 22:56:10 Müsahibələrdə namizədlərə ən çox verilən suallardan biri:
GET və POST nədir və onların fərqləri nələrdir?
Sizin fikirləriniz?

#suallar #brainstorm

@azedevway
431 views19:56
Open / Comment
2021-02-21 21:41:15 İzləyicimiz Emil Mammadov suala doğru cavab verdi.
Cavab:
public class Debug1 {
public static boolean returnTrue {
return true;
}
}

İzahı:
İlk olaraq kompilyator 1.error: '{' expected cavab qaytaracaq. Çünki Java dilinin sintaksisində sinif class SinifinAdı { }, həmçinin funksiya, dövrlər və s. ilə {} mötərizələri istifadə olunmalıdı
İkinci çıxan səhv mesajı 2.error: ';' expected olacaq. Çünki kompilyator funksiyanın bitdiyini və : yerinə ; simvolunu yazmaq istədiyinizi başa düşür. Burada da {} mötərizələri yazmaq lazımdır.
Üçüncü çıxan mesaj isə 3.error: reached end of file while parsing olacaq. Yəni 3-cü sətrdə faylın sonuna gəldiyini bildirir. Bu sətrdə sona ; simvolu əlavə edilməlidir və True yox true yazılmalıdır. Əks halda kompilyator True sözünü tanımayacaq.

#brainstorm #java

@azedevway
356 viewsedited  18:41
Open / Comment
2021-02-21 19:28:00 Tapşırıq: array massivindən istənilən iki elementin cəmi targetSum dəyişəninin dəyərinə bərabər olduqda, bu iki elementi massiv şəklində qaytarın

#brainstorm

@azedevway
286 views16:28
Open / Comment
2021-02-20 20:49:24 Dil: JAVA
Səviyyə: başlanqıç
Sual:
Kodda necə düzəlişlər etməliyik ki proqram işləsin, Error(səhv) qaytarılmasın?

#java #brainstorm

@azedevway
274 views17:49
Open / Comment
2021-02-20 20:33:13 Tapşırıq: Cədvəldə göstərilən məlumatları istifadə edərək şəkildəki kimi əks etdirin. (Aşağıdakı postlar) İpucu: rekursiv funksiya istifadə edin Qeyd 1: title sütünundakı JSON mətndən bir dili istifadə etmək yetərlidir. Slug sütünunu url üçün istifadə edə…
255 viewsedited  17:33
Open / Comment
2021-02-20 15:04:04 Hər kəsə salam. Bu həftə çox məşğul idim. Təəssüf ki paylaşım etməyə heç vaxtım yox idi :( Amma bundan sonra tez-tez marağlı paylaşımlar etməyə çalışacam. Başlayaq!

Cavab: "amet lorem"

İzahı:
Kodun bu hissəsi bizə mətni qəbul edən və iki söz əks etdirən bir növ proqram göstərir. Bunlar mətndə ən çox rast gələn və ən uzun sözlərdir.
1. text.split() - burada split() metodu text dəyişənindəki mətni bölərək onu siyahı halına gətirir. Yəni words dəyişənində aşağıdakı siyahı olacaq:
['lorem', 'ipsum', 'dolor', 'sit', 'amet', 'amet', 'amet']

2. counter = collections.Counter(words) - bu sətirdə import(idxal) edilən collections modulunun Counter() metodundan istifadə olunub. collections.Counter() - dəyişməyən obyektlərin (əksər hallarda sətirlərin) miqdarını saymağa imkan verən lüğət növüdür. counter dəyişəninin tərkibində Counter({'amet': 3, 'lorem': 1, 'ipsum': 1, 'dolor': 1, 'sit': 1}) olacaq. Yəni Counter() metodu words siyahısında hər sözün neçə dəfə təkrar olduğunu hesablayır.

3. most_common, occurrences = counter.most_common()[0] - burada most_common(n) metodu ən çox rast gəlinən(çoxdan aza sıralıyaraq) giriş dəyərləri və onların müvafiq sayğaclarının n ardıcıllığını əldə etmək üçün istifadə olunur. Və ən çox rast gəlinən dəyəri çıxarmaq üçün 0 indeksindən istifadə olunur. Yəni counter.most_common()[0] bunu qaytaracaq: ('amet', 3). Kodda 'amet' dəyəri most_common3 (yəni mətində bu sözün miqdarı) occurences dəyişənlərində olacaq.

Beləliklə, ən çox rast gəlinən sözü tapdıq: amet

4. İndi isə ən uzun sözü axtaraq. Bunun üçün max() funksiyasından istifadə edə bilərik.
Sintaksisi: max(iterable[, default=obj, key=func])
max ()
funksiyası iterasiya olunan obyektin ən böyük elementini geri qaytarır. Əgər max () funksiyasına arqument ötürülürsə, ən böyük elementi axtarmazdan əvvəl bu funksiya iterasiya olunan obyektin hər elementinə tətbiq olunur. Əgər iterasiya olunan obyekt boş olarsa və default = dəyər arqumenti varsa, o zaman onun dəyəri geri qaytarılır. Əgər default = dəyər arqumenti yoxdursa, istisna ValueError qaytarır.

longest = max(words, key=len) - burada max() metodunun daxilində key=len arqumentindən istifadə edərək words siyahısından ən uzun sözü tapa bilərik. Qeyd, əgər key=len arqumentini istifadə etməsəydik, bu halda "sit" qaytarılacaqdı, yəni ingilis əlifbası sırasına görə ən böyük(ən axırdakı) söz.

#brainstorm #python

@azedevway
216 viewsedited  12:04
Open / Comment
2021-02-16 12:23:38
Python. Cavabınız?
#brainstorm #python
@azedevway
207 viewsedited  09:23
Open / Comment
2021-02-15 22:32:25 Tapşırıq: Cədvəldə göstərilən məlumatları istifadə edərək şəkildəki kimi əks etdirin. (Aşağıdakı postlar) İpucu: rekursiv funksiya istifadə edin Qeyd 1: title sütünundakı JSON mətndən bir dili istifadə etmək yetərlidir. Slug sütünunu url üçün istifadə edə…
10 voters202 views19:32
Open / Comment
2021-02-15 22:14:54
Və son olaraq JavaScript-də həlli.

İzahı:
Burda for və ya forEach dövrləri və şərt blokundan istifadə edərək, sonda 5-ə bölünən rəqəmləri push() metodu ilə newNumbers massivinə əlavə edirik

#brainstorm #javascript

@azedevway
174 views19:14
Open / Comment
2021-02-15 22:04:00
Bu tapşırığın Python-da həlli. Kod izləyicimiz Musa Nəcəfov tərəfindən yazılıb.

İzahı:
PHP
-də yazdığım məntiqlə eynidir. Sadəcə burda sintaksis fərqi var. Burada lambda x - x arqumentli anonim fuksiyadır. (x % 5 == 0) 5-ə bölünən ədədləri yoxlayan şərtimiz. filters() - dövr tipli metod. list() - nəticəni list(siyahı) tipinə çevirir.

#brainstorm #python

@azedevway
157 viewsedited  19:04
Open / Comment