🔥 Burn Fat Fast. Discover How! 💪

#sərgi Axşamınız xeyir! Bilirəm ki, postlar və məlumatları | Sənətşünasın gündəliyi

#sərgi

Axşamınız xeyir!
Bilirəm ki, postlar və məlumatları paylaşmaqda daha aktiv olmalıyam. Ama hələki belə alınır, üzrlü hesab edin. Sözüm onda deyil.

Bu gündən Gazelli Art House Baku həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzuları toxunan “Qrafik Hekayələr” sərgisini təqdim edir. Sərginin iştirakçıları - rəssamlar Arif Hüseynov, Tərlan Qorçu, Zöhrab Salam-zadə və Fidan Hümbətlı - rəsm əsərlərində dünyanı öz hisslərinin prizmasından təsvir edərək, müəyyən konsepsiyaları çatdırmaq üçün qrafikadan bir platforma kimi istifadə edirlər.⁣
Sərgi 28 aprel - 1 iyun tarixlərində çərşənbə axşamı-bazar günü saat 12:00-20:00 açıq olacaq. Giriş sərbəstdir. Ünvan: Lev Tolstoy, 172

Həmçinin Londondakı Gazelli Art House-da aprelin 30-da Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılacaq. Həmin gün isə Cult Baku Club instagram səhifələrində sərginin kuratoru ilə onlayn görüş keçirəcəklər.

ARTIM isə "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı qrup sərgisini açır. Sərgidə Aqil Abdullayev, Nərgiz Əsgərova, Katerina Bortsova, Ruslan Quliyev, Adam Pançuk, Lena Skripkina, Yelizaveta Zaliyevanın əsərləri təqdim edilir.
Sərgi 30 aprel-20 avqust 2021 tarixlərində açıq olacaq. Giriş sərbəstdir. Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5