Get Mystery Box with random crypto!

Proqramçının yolu

Logo of telegram channel azedevway — Proqramçının yolu P
Logo of telegram channel azedevway — Proqramçının yolu
Channel address: @azedevway
Categories: Blogs
Language: English
Subscribers: 137
Description from channel

Azərbayanda IT sahəsində gənclərin inkişafı üçün yaradılmış kanal
Əlaqə üçün: @feedback_owl_bot

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


The latest Messages

2021-08-29 07:57:55
Sabahınız xeyir. İşləriniz necə gedir?

#motivasiya
44 viewsŞəbnəm Yusifzadə, 04:57
Open / Comment
2021-08-28 17:58:21 "Keyfiyyətli kod neyə deyilir?" adlı məqaləmizi oxumağı şiddətlə tövsiyə edirik!

https://telegra.ph/Keyfiyy%C9%99tli-kod-ney%C9%99-deyilir-08-27

#proqramlaşdırma

@azedevway
52 viewsContent Bot, edited  14:58
Open / Comment
2021-08-28 15:35:28
Çoxdandır dəyişiklik etmədiyin kodu oxumağı çalışarkən

#memes
59 viewsŞəbnəm Yusifzadə, 12:35
Open / Comment
2021-08-19 22:08:37 Salam dostlar! Bu sual proqramlaşdırma dünyasında yeni başlayanlar üçün gəlsin

Sual:
Proqram nədir? Və proqram necə yaradılır?

Qeyd: Sualın cavabını oxumazdan əvvəl çalışın özünüz cavablandırıb, daha sonra aşağıdakı cavab ilə fərqləndirəsiz.

Cavab:
Sadə dildə desək:
Proqram – kompüterə şərtlərə uyğun əməliyyatları necə icra etməsini izah edən bir təlimatdır.

Gəlin sizə sadə bir misal ilə bunu izah edim. Tutaq ki, marketə gedib ordan 20 dənə kənd yumurtası almağı planlaşdırırsız. Əgər kənd yumurtası yoxdursa, 10 dənə adi yumurta alacaqsız. Biz beynimizdə heç fikir vermədən hər gün kiçik belə alqoritmlər qurub, onlara əməl edirik. Amma kompüterin bunları etməsi üçün ona yazılı şəkildə təlimat verilməlidir.
Gəlin biz bir robotun sxemində həmin bu alqoritmli bir proqram yazıb onu marketə göndərək. Robot aşağıdakı addımları ataraq proqramı yerinə yetirəcək:
1. Marketə daxil ol
2. Paket götür
3. Yumurtaları axtar
4. Yumurtalara doğru get
5. Kənd yumurtası olub olmadığını yoxla
6. Əgər kənd yumurtası varsa, 20 dənə kənd yumurtası topla
7. Əgər kənd yumurtası yoxdursa, 10 dənə adi yumurta topla
8. Əgər heç yumurta yoxdursa, marketdən çıx
9. Əgər 6 və ya 7-ci şərt ödənibsə, kassaya yaxınlaş
10. Ödəniş et
11. Marketdən çıx

Əgər robota yuxarıdakı alqoritm verilibsə, o ancaq buna uyğun hərəkət edəcək. Tutaq ki, kassada kassir yoxdur. Robot bu halda nə edəcəyini bilməyəcək, çünki belə vəziyyətdə nə edəcəyi ona təlimat verilməyib. Belə halda yazıq robot xəta verə bilər, növbəti addıma keçə və ya ən yaxşı halda gözləmədə qala bilər. Baxır yazılan koda və robotun insafına .

Burdan bir nəticəyə gələ bilərik ki, hər hansı bir proqramlaşdırma dili vasitəsi ilə biz kompüterə proqram yazaraq ona əmr veririk. Proqramlar proqramlaşdırma dilinə uyğun sintaksis ilə yazılır və kompüter onu emal edib əmrləri yerinə yetirir.

Suallarınızı buyurun şərhlərdə yaza bilərsiz
Tapşırıq:
2 mərtəbəli evin liftinin proqramı üçün alqoritmin necə qurulacağını düşünün. Bu lift hansı hallarla qarşılaşa bilər və hansı şərtlərə riayət etməlidir?

#suallar #alqoritm #yeni_başlayanlar
118 viewsedited  19:08
Open / Comment
2021-08-18 10:02:18 Salam dostlar!

“Proqramçının yolu” kanalını izlədiyinizə görə sizə çox təşəkkür edirəm. Və hələ də izləməyə və aktiv olmağa çağırıram. Çünki sizi burda möhtəşəm və çox faydalı paylaşımlar gözləyir . Çünki ətrafımdakı insanların proqramlaşdırmaya və kanalıma olan marağını görərək, özüm də motivasiya oldum və kanalımı davam etdirmək qərarını aldım.

Öncəliklə, daha əvvəl özümü təqdim etməmişdim. Və bu səhvi aradan qaldırmaq istəyirəm. Mən Şəbnəm Yusifzadə. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” ixtisasını bitirmişəm. 3 illik iş təcrübəsinə sahibəm. Hazırda, “Aztelekom MMC” şirkətində “Laravel üzrə proqramçı” vəzifəsində çalışıram.

İndi isə gələk planlara. Telegram kanalında paylaşımlardan əlavə yaxın zamanda YouTube vasitəsi ilə bilik və təcrübələrimi sizə ordan çatdıracam. Bundan əlavə kanalda aktiv şəxslər qiymətləndiriləcək.

Həmçinin, “Kreşendo” marafonu vasitəsi ilə tanış olduğum dostum Sərxan Əliyev @sarkanaliyev də kanalda sizlərə öz təcrübəsini və biliklərini çatdırmaq istəyir. Ona bu dəstəyinə görə çox təşəkkür edirəm.

Məqsədimiz Azərbaycan dilində İT sahəyə aid resursların çoxalması və beləliklə bu sahədə ölkəmizin inkişaf etməsidir. Biz bildiklərimizi sizə çatdırmağa çalışacağıq və siz də kanalda aktiv olaraq bizi bu işdə motivasiya edə bilərsiz!

Yolumuz uğurlu olsun, dostlar!
137 viewsedited  07:02
Open / Comment
2021-02-21 23:18:35 Qeydiyyat formalı səhifə

Tapşırıq:
4-5 sahədən ibarət qeydiyyat forması olan səhifə yaratmaq. Məsələn: email, ad, Azərbaycan nömrəsi, şifrə və təkrar şifrə, "Şərtlərlə razıyam" check düyməsi

Səviyyə: başlanğıç

Nəyi öyrənirsiniz: müxtəlif sahələrin düzgünlüyünü JavaScript vasitəsilə yoxlamağı

İstifadə edəcəyiniz dillər: HTML, CSS və JavaScript

#tapşırıq #brainstorm #javascript #html #css

@azedevway
467 views20:18
Open / Comment