Get Mystery Box with random crypto!

“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest Az | AZXEBER.COM

“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması - “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.

“Qarabağ” - “Zirə” matçı saat 20:00-da start götürəcək.