Get Mystery Box with random crypto!

AZXEBER.COM

Logo of telegram channel azxeber1 — AZXEBER.COM A
Logo of telegram channel azxeber1 — AZXEBER.COM
Channel address: @azxeber1
Categories: News
Language: English
Subscribers: 21.19K
Description from channel

Azxeber.com informasiya portalının rəsmi telegram kanalı
https://www.azxeber.com/

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

2


The latest Messages 824

2021-02-07 17:02:44
Türkiyə və Azərbaycan hərbçilərinin "Qış-2021” hərbi təlimləri davam edir. Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlanmalar yerinə yetirilib.
6.3K views14:02
Open / Comment
2021-02-07 15:47:11
Xankəndində erməni toyu olub.Bu da bəy və gəlinin toy şəkli.
5.9K views12:47
Open / Comment
2021-02-07 13:47:14
Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.

Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.
6.0K views10:47
Open / Comment
2021-02-07 13:05:05 KİV: "Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.
5.8K views10:05
Open / Comment
2021-02-06 22:06:44 Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyanın yazdıqları Erməniləri özündən çıxardıb:

“Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib. Onlar rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və haraya getdiklərini soruşublar.

Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər:

"Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.

Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdır və Fransa səfirinə məsələni bildirir. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir və ümumiyyətlə bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edir.
6.5K viewsedited  19:06
Open / Comment
2021-02-06 21:05:56
Galatasaray ardıcıl 2-ci dəfə Kadıköydə qalib gəldi.

Fenerbahçe 0-1 Galatasaray
6.1K views18:05
Open / Comment
2021-02-06 19:52:07 RƏSMİ

Azərbaycanda bu günədək koronavirusdan 65 min nəfər peyvənd olunub. 

Fevralın 5-də ölkəyə 648 min doz peyvənd gətirilib.

Ümumiyyətlə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
6.2K views16:52
Open / Comment
2021-02-06 17:16:44 Azərbaycanda bu gün koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 3 nəfər “COVID-19”dan vəfat edib.
6.2K views14:16
Open / Comment
2021-02-06 13:48:44 Sevil Əliyeva: "Vaqif Mustafayev könüllü postunu tərk etməyib. O, vəzifəsindən azad olunub. Səbəb şikayətlər və kanalın səviyyəsinin çox aşağı olması olub. Yeni namizəd var və yaxında ictimaiyyətə təqdim olunacaq"....
6.4K views10:48
Open / Comment
2021-02-06 12:27:24 Vətəndaşlar fevralda pensiyalarını alarkən həm fevralın, həm də yanvarın artımını ala biləcəklər. Pensiyaların artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir.
6.1K views09:27
Open / Comment