Get Mystery Box with random crypto!

VPS/VDS Hostinq nədir? VDS (Virtual Dedicated Server) və ya V | 𝙳𝙰𝚁𝙺 𝙲𝙷𝙰𝙽𝙽𝙴𝙻☠️⛓

VPS/VDS Hostinq nədir?

VDS (Virtual Dedicated Server) və ya VPS (Virtual Private Server) — bu müştərinin istifadəsinə verilən maksimum hüquqlara malik virtual server xidmətidir. VPS və ya VDS real fiziki serverin fəaliyyətini emulasiya edir - müştəri root hüquqlara malikdir, istədiyi əməliyyat sistemini və proqram təminatını quraşdıra bilir. Bir fiziki serverdə adətən bir neçə müstəqil virtual serverlər yerləşir.

VPS və VDS server arasındakı fərq nədir?

Bunlar arasında heç bir fərq yoxdur. Virtual Private Server və Virtual Dedicated Server eyni anlamı daşıyan və eyni iş fəaliyyətini görən fərqli terminlərdir.
Virtual serverin iş prinsipi və xüsusiyyətləri
İş prinsipi və funksional xüsusiyyətlərinə görə virtual server fiziki serverdən çox az fərqlənir. O sayt, məlumat bazası, domen, ssh, ftp, e-poçt istifadəçilərinin yerləşdirməsilə bağlı məhdudiyyətə malik deyil. İnzibatçı bu parametrlər üzərində tam hüquqlara malikdir. İstənilən proqram təminatı real fiziki serverdə olduğu kimi quraşdırıla, dəyişdirilə və ya əvəz edilə bilər. Bizim serverlərdə yerləşən hər bir virtual server özünün IP-ünvanına malikdir və bu ünvan yalnız ayrılmış serverə məxsusdur. Ehtiyac olduqda əlavə IP sifariş etmək olur.

Virtual server host-maşında yerləşən digərlərindən tam müstəqilliyə malikdir. Bu o deməkdir ki, "qonşularda" baş vermiş xəta çalışan serverə heç bir təsiri olmur."

DARK CHANNEL