🔥 Burn Fat Fast. Discover How! 💪

Bu gün yağış yağdı narın-narın. Havalar da soyuq keçir. Əlləri | 𝒉𝒆𝒚, 𝒉𝒐𝒏𝒆𝒚..🕊

Bu gün yağış yağdı narın-narın. Havalar da soyuq keçir. Əllərimi isidən nəfəsini axtarıram işə gedəndə. Qara paltonun geniş cibləri üçün darıxmışam. Bircə onun cibinə girirdi əllərimiz bir yerdə.

Kinoteatra yeni film gələcək bu həftə. Qızlar gedək deyir amma ayaqlarım yerimir o zala sənsiz. İlk dəfə məni qucaqlamağın gəlir ağlıma. Əşi, nələr yazıram belə. Gecən xeyirə, əzizim.

5 yan 2004, 01:00 bakı.