🔥 Burn Fat Fast. Discover How! 💪

* Bayram qabağı bilinməsi zəruri olan məlumatlar * | İslam Quran Sunnə

* Bayram qabağı bilinməsi zəruri olan məlumatlar *



_* . Bayram namazından əvvəl çimmək və gözəl paltar geyinmək.* İbn Ömər (radiyallahu anhuma) belə edərdi._

_* . Bayram namazına evdən çıxmadan əvvəl, tək sayda xurma yemək sünnədir.* Üç, beş və daha çox tək sayda xurma yemək olar. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Fitrə bayramı günü tək sayda xurma yeməmiş çölə çıxmazmış._

_* . Bayram günü sünnədir ki, evdən, bayram namazı qılınan musallaya* (və ya məscidə) *gedərkən və imam, namazı qıldırmağa gələnə kimi təkbir gətirmək.*_

İbn Ömər (radiyallahu anhuma), Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edir :

_ "Kişilər ucadan, qadınlar isə sakit təkbir gətirir._

* ”Allahu Əkbər, Allahu Əkbər, Ləə iləəhə illəllah, Vallahu Əkbər, Allahu Əkbəru va lilləəhil həmd.”*


Və ya


* ”Allaahu Əkbər, Allaahu Əkbər, Allaahu Əkbər, Ləə iləəhə illəllah, Allaahu Əkbər, Allaahu Əkbəru va lilləəhil həmd.”*

_* Birlikdə, xor şəklində təkbir gətirmək, bidətdir.* Nə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bunu edib, nə də ki, onun səhabələri. Hər kəs təklikdə özü üçün təkbir etsin._


_* . Ayaqla, gəzərək bayram namazına getmək sünnədir.* Əli (radiyallahu anhu) deyib ki, bayram namazına ayaqla getmək sünnədir._

_* . Bayram namazına gedərkən bir yolla, evə qayıdarkən isə başqa bir yolla getmək sünnədir.* Cabir (radiyallahu anhu), Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edib._

_* . Bayram namazından əvvəl və sonra heç bir sünnət namazı yoxdur.* Namaz qılınan yerə gəlinir və heç bir sünnət namazı qılmadan, imam gələnə kimi oturulur. İmam gəldikdən sonra, imamla bayram namazı qılınır._

Bayram namazı günəş çıxdıqdan sonra azansız və iqaməsiz qılınır.

_ Bayram namazı - iki rükətdən ibarətdir _

~* Birinci rükət 7 təkbirdən*~
~* İkinci isə 5 təkbirdən ibarətdir.*~

Bayram namazında Ə'ləə, Ğaşiyə, Qaf və ya Qamər surələrini oxumaq sünnədir. Xütbə, bayram namazından sonra verilir.

_* . Qadınların bayram namazında iştirak etməsi təkid edilmiş sünnədir.*_

Heyzli qadınlar da bayram namazında iştirak edə bilərlər, amma namaz qılınan yerdən (məsicddən və ya musalladan) qıraqda durmalıdırlar. Onlar zikrləri eşidər və xütbədən faydalanarlar.


_* . Əgər Fitrə bayramı Cümə gününə düşərsə, bayram namazı qılana, Cümə namazı qılmaq vacib deyil.*_


_* . Bayram günü - insanlar bir-birilərini* ''Allah bizdən və sizdən qəbul etsin'' - *deyərək təbrik edə bilərlər.*_

Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq icazəlidir. Və həmçinin bayram münasibətilə hədiyyə vermək və almaq da icazəlidir.

_* . Fitrə bayramı, cəmi bir gündür, Qurban bayramı isə üç gün.*_


_* . Bayram günü oruc tutmaq qadağandır.*_

_* . Bayram günü dəf çalmaq, yalnız qadınlara icazəlidir.*_

*_ . Məhz bayram günlərini xüsusiləşdirərək, qəbirsanlığa ölüləri ziyarət etməyə getmək bidətdir._*


Məqalə : Şeyx Fovzanın (hafizahullah) aşağıdakı linkdəki dərsinə əsasən tərtib edilib

T.me/islam_quran_sunne