Get Mystery Box with random crypto!

Şəvval orucunun faydaları : - Peyğəmbərin (Allahın salavatı | İslam Quran Sunnə

Şəvval orucunun faydaları :

- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətini yerinə yetirmək

- " Ramazandan sonra şəvvaldan altı gün oruc tutmaqla insan bir ilin savabını qazanmış olur

- Şəvval orucu fərz namazından sonra qılınan sünnət namazı kimidir. Qiyamət günü qulun fərzlərində olan naqislik onun sünnətləri ilə doldurulacaq.

- Ramazandan sonra şəvval orucunu tutmaq Ramazan orucunun qəbul olmasının əlamətidir. Belə ki, Allah qulun əməlini qəbul edərsə onu başqa saleh əmələ müvəffəq edər. Necə ki, deyiblər: yaxşı əməlin savabı ondan sonra başqa yaxşı əməl etməkdir.

- Ramazan orucunu tutanlar əməllərinin bu dünyadakı mükafatını bayram sevinci ilə almış olurlar. Bayramdan sonra oruc tutmaları bir növ bu mükafat üçün şükr etmək kimidir."

( İbn Rəcəb, Lətaif Məarif 390-394, məna ilə).

https://chat.whatsapp.com/ApWpGdNqC0JGokp1qQF7W9