Get Mystery Box with random crypto!

#Gününayəsi  أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ  1.And içir | İslam Quran Sunnə

#Gününayəsi


 أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ 

1.And içirəm Qiyamət gününə!

وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ 

2.And içirəm peşmançılıq çəkən nəfsə!

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ 

3.İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.

بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ 

4.Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.

بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ 

5.Lakin insan bundan sonra da günah etmək fikrindədir.

يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ 

6. O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur.

فَإِذَا بَرِقَ ٱلْبَصَرُ 

7.Gözlər bərələ qalacağı,

وَخَسَفَ ٱلْقَمَرُ 

8.ay tutulacağı

وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ 

9. və günəşlə ayın qovuşacağı zaman

يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ 

10.o gün insan deyəcəkdir: “Hara qaçaq?”

كَلَّا لَا وَزَرَ 

11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ 

12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.

"Qiyəmə(Qiyamət)" surəsi...

T.me/islam_quran_sunne