Get Mystery Box with random crypto!

QEYBƏTİN KƏFFARƏSİ Şeyx ibn Useymin rahiməhullah belə buyu | İslam Quran Sunnə

QEYBƏTİN KƏFFARƏSİ

Şeyx ibn Useymin rahiməhullah belə buyurmuşdur:

-Əgər qeybəti edilmiş kəsə bu haqda xəbər çatmışdırsa, yəni o, bundan xəbərdardırsa, bu halda qeybətin kəffarəsi, həmin kəsin yanına getmək və ondan halallıq almaqdır.

Əgər qeybəti edilmiş kəsin bundan xəbəri yoxdursa, o zaman qeybətin kəffarəsi, həmin kəs üçün bağışlanma diləmək və onun qeybətini etmiş olduğu məclisdə həmin kəsin yaxşı xüsusiyyətlərindən danışmaqdır. Çünki yaxşı əməllər pis əməlləri silib aparır.

("Liqaul-Bəbul-Fəftuh", 30)
T.me/islam_quran_sunne