Get Mystery Box with random crypto!

Günahlar qulun öz Rəbbinin dərgahında dəyərsiz olmasına və Onu | İslam Quran Sunnə

Günahlar qulun öz Rəbbinin dərgahında dəyərsiz olmasına və Onun gözündən düşməsinə səbəb olur.

Əgər bəndə Allah dərgahında dəyərsiz olarsa, başqaları da ona hörmət etməz. Necə ki Allah təala buyurmuşdur:

"Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər." (əl-Həcc,18)

İnsanlar Allah dərgahında alçalmış kəslərə üzdə hörmət etsələr də, bu, onlara möhtac olduqları və ya şərlərindən qorxduqları üçündür. Əslində isə onlar insanların gözündə ən dəyərsiz şeydirlər.

İbn Qayyimin (rahiməhullah) "Dərd və Dəva" kitabından.

http://t.me/islam_quran_sunne