🔥 Burn Fat Fast. Discover How! 💪

Tövhidsiz İman, İmansız Tövhid Fayda Vermir. İman Və Tövhid | İslam Quran Sunnə

Tövhidsiz İman, İmansız Tövhid Fayda Vermir.

İman Və Tövhid Haqqında

İman dil iqrar, qəlb ilə etiqad, bədən əzalarıyla əməldi.

İmam Söz Və əməldir

-Söz dedikdə yəni qəlbin və dilin sözü gedir.
-Qəlbin sözü təsdiq etməkdir
-Dilin sözü isə dil ilə şəhadəti söyləmək, quran oxumaq, zikr etmək və.s!
-Əməl dedikdə isə qəlbin əməli və zahiri bədən əməli gedir.
-Qəlbin əməli Allaha və Rəsuluna sevgi, kafirlərə nifrət və.s
-Zahiri bədən əməli isə namaz, qurban kəsmək, kəbəni təvab etmək və.s ibadətlərdi.

İman Artır Və Azalır.
İtaət ilə artır - asilik günah ilə azalır.

İmanın Altı Şərti Var.
1-Allaha iman.
2-Mələklərə iman.
3-Kitablara iman.
4-Peyğənbərlərə iman.
5-Qiyamət gününə iman.
6-xeyir və şərin Allahdan olmasına qədər iman.

İmanın Ziddi Olan Küfr.

Küfr imanın ziddidir iki çeşitdir.

Böyük və kiçik küfr.
Böyük küfr beş çeşitdi.

-Təkzib (inkar etmə) küfrü.
-Üz çevirmə küfrü.
-Haqqı bilə-bilə təkəbbürlükdən üz çevirmə küfrü.
-Nifaq küfrü.
-Şübhə küfrü.

Böyük küfr islamdan çıxaran və sahibini əbədi cəhənnəmdə saxlayan küfrdür.

İnsanlar küfr üzərə iki çeşitdi əsli küfr və sonradan küfrə girmiş.
Əsli küfrdə olan heç vaxt islama girməyən əsli kafirlər (yahudi, Xristian, bütpərəst və.s).
Sonradan küfrə girmiş isə öncə müslüman olmuş, sonra isə küfr edərək islamdan çıxmış mürtəd olmuşdur.

İslamdan çıxan insan edəcəyi küfrlər

-Dil ilə küfr
-Etiqadı küfr
-Əməli küfr
-Şübhə küfrü

Kiçik Küfr.

Kiçik küfr islamdan çıxarmayan küfrdü sahibini əbədi cəhənnəmdə saxlamır.
Böyük günahlardan üstün olan islamdan çıxarmayandır.

TÖVHİD
======================
Tövhid -- tək Allaha ibadət etməkdir.
Tovhidin üç çeşidi var.
1)Rububiyyət tovhidi
2)Uluhiyyət tovhidi
3)Ad və sifətlər tovhidi

RUBUBİYYƏT TOVHİDİ
----------------------------------------------
Allahu təaləni - yaratmaqda, ruzi verməkdə, kainatı idarə etməkdə, və.s təkləşdirməkdir. Tovhidin bu növünü o vaxti ki, müşriklərdə qəbul edirdilər ama buna baxmayaraq islama girmədilər.

ULUHİYYƏT TOVHİDİ
-------------------------------------------
Allahu təaləni - ibadətdə təkləşdirmək. Dua, qurban kəsmək, köməyə çağırmaq, şəfaət istəmək, muhakimə olmaq və.s ibadət növlərin Allahı təkləşdirmək.

AD VƏ SİFƏTLƏR TOVHİDİ
---------------------------------------------------
Allahu təaləni - Ad və sifətlərində təkləşdirmək. Quran və səhih sünnədə Allahu təalənin ad və sifətləri necə gəlibsə artırmadan əksiltmədən, araşdırmadan, keyfiyyət vermədən qəbul etmək.

TÖVHİDİN İKİ RUKUNU VAR.
--------------------------------------------------
İnkar və İsbat rukunu. Tovhid kəlməsindəki "Lə iləhə" inkar rukunudu yəni Allahdan qeyri ibadət olunan saxda ilahları, tağutları, bütləri inkar etməkdir. Bu kəlimədə ki "İllallah" da isbat rukunudu yəni ibadətin Allaha məxsus edərək ona ibadət etmək.

TÖVHİDİN ŞƏRTLƏRİ
-------------------------------
Tovhidin yeddi şərti var:
-Elm ------(cəhaləti yox edən)
-Yəqinlik ---- (şübhənin əksi)
-İxlas ---- (şirki rədd)
-Sidq ---- (əksi isə yalan və yaxud xəyanət)
-Məhəbbət ----- (nifrəti əksi)
-İtaət ------- (inkarın əksi)
-Qəbul ----- ( rəddin əksi)

https://chat.whatsapp.com/ApWpGdNqC0JGokp1qQF7W9