🔥 Burn Fat Fast. Discover How! 💪

Aişə (radiyallahu anhə) buyurur: “Bir qadın iki qızı ilə birl | İslam Quran Sunnə

Aişə (radiyallahu anhə) buyurur:

“Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə bir şey) istədi. Məndə bircə dənə xurma var idi. Mən xurmanı ona verdim, o da onu iki yerə bölüb qızların hər birinə bir yarısını verdi, özü isə ondan yemədi. Qadın durub getdikdən sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) bizim yanımıza daxil oldu. Mən (baş verənləri) ona xəbər verdikdə o buyurdu: “Kim qız uşaqları ilə sınağa çəkilsə (onların qayğısına qalsa və onlara gözəl tərbiyə versə), bu qızlar (onunla) Cəhənnəm odu arasında onu qoruyan bir sipər olar.”

Buxari 1418. Muslim 2629.

T.me/islam_quran_sunne