Get Mystery Box with random crypto!

*ŞƏHADƏT* ~~~~✿❁✿~~~~~~~~ Şəhadət Kəliməsi Özündə Üç Şeyi Bi | İslam Quran Sunnə

*ŞƏHADƏT*
~~~~✿❁✿~~~~~~~~

Şəhadət Kəliməsi Özündə Üç Şeyi Birləşdirir;

. Şəhadət edən kimsə şəhadət etdiyini etiqad etməli, yəni buna iman gətirməlidir. Qəlbi ilə etiqad etməlidir ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Bu da Elm və Yəqinliklə olur. Etiqad, əgər orada elm və yəqinlik olmazsa etiqad sayılmaz.

. Bu kəliməni söyləməkdir:

*"Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət verdilər".*
(Ali-İmran 18)

Bunu elan etmək və söyləməkdir. Özünə müsəlman deyən bir kimsə Lə İləhə İlləllah kəliməsini dili ilə söyləməlidir. Dili ilə söyləməyən şəhadət edən sayılmaz. Bu ona bənzəyir ki: Peyğəmbər (Sallallahu aleyhi və səlləm) buyurdu: “Həcc Ərafadır”. Bu o, demək deyil ki, sən Ərafada dayanmaqla həcci yerinə yetirmiş oldun. Sözsüz ki, həccin rükunları və vacibləri vardır. Lə İləhə İlləllah kəliməsinin də öz rükunları və vacibləri vardır.

Problem Lə İləhə İlləllah kəliməsində deyildir, problem Lə İləhə İlləllah deyən kimsədədir. Buna görə də kimisinin tərəzisi ağır gəlir, kimisinin də yüngül.

. Şəhadət barəsində digərinə xəbər verməkdir. Bu haqda xəbər verməsə, yəni bildirməsə şəhadət sayılmaz. Yəni mən etiqad edirəm, söyləyirəm və xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur.

Bu üçü də bir yerdə vəhdət təşkil edir. Bu da Tövhid Kəliməsidir. İman da belədir:
Dil - Qəlb - Əməl.
t.me/islam_quran_sunne