🔥 Burn Fat Fast. Discover How! 💪

Rasulullah səllallahu aleyhi və səlləmin Əbud Dərdaya etdiy | İslam Quran Sunnə

Rasulullah səllallahu
aleyhi və səlləmin Əbud
Dərdaya etdiyi 9 tövsiyə:

Tikə-tikə edilsən, yaxud yandırılsan
belə heç nəyi Allaha şərik qoşma.

Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz.

Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır.

Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək.

Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə.

Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma.

Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut!
Buxari, Ədəbul-Mufrad, Bab-9,
hədis-18
T.me/islam_quran_sunne