🔥 Burn Fat Fast. Discover How! 💪

CÜMƏ GÜNÜ ƏDƏBLƏRİ _UC | İslam Quran Sunnə

CÜMƏ GÜNÜ ƏDƏBLƏRİ






_UCA ALLAH buyurur:_

_*《Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr(yad) etməyə tələsin və alış-verişinizi(dünya işlərinizi) tərk edin. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir》*_
____
_[ Cümə surəsi, 9-cu ayə ]_




_Allah Rasulu(sallAllahu aleyhi və səlləm) demişdir:_

_*《Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!》*_
_
_[ Əbu Davud, 1067 ]_




_Allah Rasulu(sallAllahu aleyhi və səlləm) demişdir:_

_*《Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir》*_
_
_[ ən-Nəsai, 3/ 89 ]_




_Allah Rasulu(sallAllahu aleyhi və səlləm) demişdir:_

*_《İnsanlar, Cümə namazını tərk etməkdən çəkinsinlər. Əks təqdirdə, Allah onların qəlblərini möhürləyər, sonra da onlar qafillərdən olarlar》_*
____
_[ Muslim,2/591; İbn Macə,1125 ]_




_Allah Rasulu(sallAllahu aleyhi və səlləm) demişdir:_

*_《Kim tənbəllik səbəbilə CÜMƏ namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər”._*
___
_[ Əbu Davud, 1052 ]_






_* SONDA:* Aləmlərin RƏBBİ olan ALLAHA, sonsuz sayda HƏMD - SƏNALAR OLSUN !_
t.me/islam_quran_sunne