Get Mystery Box with random crypto!

Qardaşlığımızın və qardaşlarımızın qədrini bilək Allah subh | İslam Quran Sunnə

Qardaşlığımızın və qardaşlarımızın qədrini bilək


Allah subhənəhu təalə belə buyurur :
" إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ "

Hucirət surəsi 10

"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. "


"Hucurat" surəsi / 10

Əhməd ibn Hənbəl (Allah ona rəhmət eləsin) demişdir :

_"Mənim elə qardaşlarım var ki, onlarla ildə yalnız bir dəfə görüşürəm. Bununla belə, mən onların sevgisinə, hər gün gördüklərimin sevgisindən daha çox əminəm."


Əl-ədəbu-ş-Şər'iyyəh 3 / 283


Həsən əl Basri (Allah ona rəhm etsin) demişdir :

"Mənim elə qardaşlarım var, (lakin) onları anam doğmayıb."

Əziz Müsəlmanlar !

Burada möminlərin qardaşlığından söhbət gedir. Bu, Uca Allahın bizə nəsib etdiyi ən böyük nemətlərdəndir. Bizə vacibdir ki, bizə verilən bu nemətə nankor olmayaq, bu nemətə görə daim Allaha şükr edək._

Əziz qardaşlarım !

Bilin ki, doğru düzgün əqidə və mənhəclə (yolla) Allaha ibadət, Rasuluna (sallallahu aleyhi və səlləm) itaət edən (hətta tanımasaq belə) hər hansısa bir kəs, bizə, Rəbbini tanımayan, dinini bilməyən doğma qardaşımızdan daha yaxın və daha xeyirlidir._

Əziz Müsəlmanlar

Gəlin bir - birimizə xor baxmayaq, bir-birimizi alçaltmayaq, bir-birimizə şər-böhtan atmayaq, qeybətini edərək, eyiblərini axtarmaqla qardaş(lar)ımıza əziyyət verməyək. (Qardaşımız üçün) nə ediriksə, Allah rizası üçün edək. (İxlasla).

Bu gün bizim üçün ən böyük müsibətlərdən olan bəzi əməllər vardır ki, onları rahatca edir və fərqinə belə varmırıq. Mömin qardaşımızın arxasınca etdiyimiz qeybət, fərqinə belə varmadan dediyimiz şərlər, böhtanlar, ən azından qardaşımız haqqında etdiyimiz pis zənnlər. Bilin ki qardaşın qardaşa malı, qanı, namusu, xülasə hər bir şeyi haramdır.

Amma bir şeyi unutmayaq ki, Qiyamət günü dostlar bir-birinə düşmən kəsiləcək, yalnız bir-birini Allah rizası üçün sevən, bir-birinə yardım edənlərdən başqa.

O, dostluq, qardaşlıq ki, Allahın dini üzərində qurulmayıb, bilin ki, o, Qiyamət günü peşmançılığa çevriləcək.

Hikmətli insanlar deyərdilər :

"Xeyir əldə edə bilmədiyin (dinindən faydalanmadığın) hər bir dostluq, qardaşlıq etdiyin kəsdən çəkin."

Vaxtı deyilmi qardaşlığı qorumağın, onların qeydinə qalmağın, onları dünya mənfəətinə, gücünə puluna, arxa-dayağına, maşınına görə deyil, yalnız və yalnız Allah rizası üçün sevməyin ?


T.me/islam_quran_sunne