Get Mystery Box with random crypto!

Cümənin icabət saatı Əbu Hureyradan (Allah ondan razı olsun) | İslam Quran Sunnə

Cümənin icabət saatı

Əbu Hureyradan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Cümə günü elə bir saat var ki, əgər müsəlman bəndə həmin saatda namaz qılıb Allahdan bir xeyir istəyərsə, Allah ona istədiyini verər».

( Buxari, 5295; Muslim, 852).

Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Cümə günü on iki saatdan ibarətdir. O gündə elə an var ki, o vaxt müsəlman bəndə Allahdan nə istərsə, Allah ona verər. Həmin anı əsrdən sonra cümənin axır vaxtında arayın».

( Əbu Davud; 1048 Nəsai, 1389. Albani hədisin səhih olduğunu bildirmişdir).

T.me/islam_quran_sunne