Get Mystery Box with random crypto!

İslam Quran Sunnə

Logo of telegram channel islam_quran_sunne — İslam Quran Sunnə İ
Logo of telegram channel islam_quran_sunne — İslam Quran Sunnə
Channel address: @islam_quran_sunne
Categories: Religion
Language: English
Subscribers: 1.08K
Description from channel

⚡DİGƏR KANALLARIMIZ⚡
http://T.me/Sual_Cavab99
T.me/TecvidEhkamlari90
T.me/YardimlasmaIslamQuranSunne
Sosial şəbəkələrdə də bizi izləyə bilərsiniz
www.facebook.com/IslamQuranSunne/
https://chat.whatsapp.com/BVy47UqxGEF7YOx6Ci1pqK

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 41

2021-05-11 02:58:33 Əbu Səid əl-Xudri (radiyallahu anhu) belə rəvayət edir:

“Biz Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) zamanında ramazan bayramında fitrə zəkatını bir saa (2 kq) yeməkdən çıxarardıq. O zaman bizim yeməyimiz arpa, kişmiş, qurut və xurma idi.”

Buxari 1510. Muslim 985.
49 viewsE.Soltanov, 23:58
Open / Comment
2021-05-10 14:32:06
164 viewsE.Soltanov, 11:32
Open / Comment
2021-05-10 08:07:01 _ Lakin, fitrə zəkatı düşən kəsə, fitrə zəkatından kifayətdən artıq verilibsə, o zaman həmin artıqdan, başqa kasıb və fəqirlərə fitrə zəkatı çıxarılmalıdır._
t.me/islam_quran_sunne
191 viewsE.Soltanov, 05:07
Open / Comment
2021-05-10 08:07:01 Fitrə zəkatın müxtəsər əhkamları *



_* Fitrə zəkatını çıxartmaq :*_

_*-* kişi və qadına_
_*-* azad və qula_
_*-* varlı və kasıba_
_*-* sağlam və xəstəyə vacibdir._

_Həmçinin ana bətnində olan uşağın adından çıxartmaq müstəhabdır, yəni bəyənilir._

═════ ◆◇◆◇◆

_* Fitrə zəkatın hikmətlərindən.*_

_*-* Allahın nemətinə şükr növüdür. Yəni, Allah ﷻ sənə oruc tutmağı nəsib edib və buna görə də, Allaha şükr edirsən._

_*-* Bədənin bir növ zəkatıdır. Zəkatı çıxartmaqla, Allaha ﷻ şükr edirsən ki, səni bu günə kimi yaşadıb._

_*-* Kasıb və fəqirlərə köməkdir, onları sevindirər._

_*-* Zəkatını vaxtında çıxardan, savab qazanar._

═════ ◆◇◆◇◆

_* Fitrə zəkatını çıxartmaq vaxtı.*_

_ Fitrə zəkatı, bayram namazına qədər çıxardılır. Ondan sonra isə *adi sədəqə* kimi sayılır. Ona görə də, tez çıxartmağa tələsin. Rasulullahın ﷺ əshabələri رضي الله عنهم bayramdan qabaq bir, iki və bəziləri üç gün öncə çıxarardılar._

_* Diqqət:*_

Fitrə zəkatını bilərəkdən bayramdan sonraya saxlayıb çıxartmağı isə, bəzi alimlər qəbul olmadığını və haram olduğunu buyurublar.

═════ ◆◇◆◇◆

_* Fitrə zəkatının miqdarı.*_

_ Fitrə zəkatının miqdarı 3 kq. ərzaq edir və bu miqdar əfzəl sayılır._
_Yəni, hər ailə üzvünə 3 kiloqram müəyyən növ ərzaq çıxarmaq lazımdır._

_* Məsələn:* Ailədən bir nəfər 3 kiloqram düyü, digər ailə üzvü 3 kiloqram yenə düyü və ya noxud və ya başqa növ ərzaqdan çıxarda bilər._

═════ ◆◇◆◇◆

_* Fitrə zəkatı kimlərə verilir?*_

Fitrə zəkatı, kasıblara və fəqirlərə verilir.

_ Fitrə zəkatını pulla çıxartmaq caiz deyil._
_Yəni, 3 kiloqram düyü əvəzinə 3 kiloqramın pulunu vermək olmaz. Bu cür etmək sünnəyə ziddir._
_Fitrə zəkatdan əlavə nə versəniz (çay, şəkər, yağ, meyvə-tərəvəz, ət və sairə) savabdır, Allah عز وجل sizə bu əməlinizə görə Firdous cənnəti nəsib etsin._

_ Allah ﷻ buyurur:_

* ﴿... وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ ۚ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ ﴾*

_* 《... Xərclədiyiniz hər bir sədəqə, özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.》*_

_ "Əl-Bəqərə" surəsi, 272ci ayə)_

═════ ◆◇◆◇◆

_* Fitrə zəkatı hansı növ ərzaqlardan çıxardılır?*_

_Hər ölkənin, şəhərin yemək adətinə görə və həmin məntəqədə yeyilən *əsas ərzaqlardan* verilməlidir._
_Ona görə də, bu məsələdə məmləkətdən məmləkətə, bəldədən bəldəyə fərq var._

_* Məsələn :* Azərbaycanda əsas ərzaqlardan hesab olunan _

_*-* düyü (3 kq)_
_*-* un (3 kq) və ya un məmulatları, makaron 3 kq, vermişel 3kq və sairə._
_*-* kişmiş (3 kq)_
_*-* noxud (3 kq)_
_*-* mərci (3 kq)_
_*-* lobya (3 kq)_
_*-* qarabaşaq (qrecka) (3 kq)_

_Və sairə ərzaqlardan 3 kq təxminən çıxardılır._

_* Diqqət:*_

_ Fitrə zəkatını duz, şəkər, çay, yağ və ona oxşar ərzaqlardan çıxartmaq olmaz. Bu növ ərzaqları, ancaq zəkata əlavə olaraq vermək olar. Yuxarıda qeyd etdiyimiz kimi._

_*-* Ən əfzəlini çıxardın._

_*-* Kasıb və fəqirin fitrə zəkatını çıxartmağa imkanı yoxdursa, o, heç nə çıxartmır._
_ Allah ﷻ buyurur:_

* ﴿ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا...﴾*

_* 《Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...》*_

_ "Əl-Bəqərə" surəsi, 286cı ayə_
_ Allah ﷻ buyurur:_

* ﴿لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا﴾*

_* 《Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir》.*_

_ "Ət-Talaq" surəsi, 7ci ayə_

* Diqqət:*
180 viewsE.Soltanov, 05:07
Open / Comment
2021-05-09 20:53:01
QƏBİR ƏZABI....
208 viewsE.Soltanov, 17:53
Open / Comment
2021-05-09 16:09:01
عَنْ سَهْلِ بْنِ سَعْدٍ t أَنَّ رَسُولَ اللَّهِ r قَالَ: «لاَ يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ».

 
Səhl ibn Səd (radiyallahu anhu)  rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “İnsanlar oruclarını erkən açacaqları müddət ərzində xeyir içində olacaqlar.” (əl-Buxari, 1957)

T.me/islam_quran_sunne
222 viewsE.Soltanov, 13:09
Open / Comment
2021-05-09 10:04:01 FİTRƏ ZƏKATI


Rəvayət edilir ki, ibn Ömər (radıyallahu anhu) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) (Ramazan bayra­mın­da) fitrə zəkatı olaraq müsəlmanlardan köləyə və azad insana, kişiyə və qa­dı­na, kiçiyə və böyüyə bir saa xurma və ya bir saa arpa verməyi vacib bu­yur­muşdur. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) fitrə zəkatını, camaat (bayram) namazına çıxma­mışdan əvvəl verməyi əmr etmişdir.” (əl-Buxari, 1503)
 
T.me/islam_quran_sunne
235 viewsE.Soltanov, 07:04
Open / Comment
2021-05-09 06:22:01
234 viewsE.Soltanov, 03:22
Open / Comment
2021-05-09 00:52:46 Qədr gecəsinin 27 ci gecə olmasına aid dəlillər

Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir:
«Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar».
( Səhih Muslim, 762).

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi:
- Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər.
Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«İyirmi yeddinci gecəni ibadətdə keçir».
( Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib)

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir :
«Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın».
Başqa bir rivayətdə buyurmuşdur:
«Onu iyrimi yeddinci gecədə axtarın»
( Müsnəd Əhməd, 4808, hədis səhihdir)

Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:

«Qədr gecəsi iyrimi yeddinci gecədir»
( Sünən Əbu Davud, 1386, Albani səhih deyib).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
«Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyrimi yeddinci gecə olduğundan şəkk etməyiblər».
( Şərh Sahih Muslim)

Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir:

«Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir».

Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir:

«Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir.
Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu.
Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər».

Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir:

«Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var.
Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm.
Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər.
İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər» .

http://T.me/islam_quran_sunne
261 viewsE.Soltanov, 21:52
Open / Comment
2021-05-08 23:31:45 Hafiz ibn Racəb əl-Hənbəli rahiməhullah dedi:

Bilin ki, artıq sizin bu (Ramadan) ayınız azalır. Elə isə əməllərinizi artırın.
(Lətaiful məarif 262)


DƏYƏRLİ MÜSƏLMANLAR ARTIQ RAMADAN AY'ININ SONUNA SAYILI GÜNLƏR QALDI, SALEH ƏMƏLLƏRİNİZİ DAHADA ARTIRIN.
240 viewsE.Soltanov, 20:31
Open / Comment