2022-07-13 23:02:58
Абдулла Қаҳҳор.
Ўзбек адабиётини турк ва озарбойжон қардошларимиз билишини, англашини истайман. Шу мақсадда ўгирмалар қиляпман. Фикримча, бу ҳикояни улар катта мароқ билан мутолаа қилишади, излаб-топиб, бошқа ҳикояларини ҳам таржима қилишади.
Бу таржималарнинг барчаси Туркия ва Озарбойжонда чиқадиган “Ўзбек насри антологияси” ҳамда “Ўзбек шеърияти антолгоияси”ни бойитади деган ниятдаман.
Abdulla Qəhhar
Özbək yazarı, (1907-1968).
XƏSTƏ hekayə
(
keçmişdən)
Göy uzaqdır, yer isə sərt.
(atalar sözü)
Satipaldinin arvadı birdən xəstələndi. Satipaldi xəstəyi oxutdu — faydasız. Təbibə göstərdi, təbib qan aldı, xəstənin gözləri yumşaldı, başı gicəlləndi, aşıq oxudu. Nə isə bir qadın gəlib söyüd çubuqla onu döydü, toyuq kəsdi və qan çixardi. Bütün bunlar, təbii ki pulla olacaq. Belə vaxtlarda qalınlar dartılır, naziklar kəsilir.
Şəhərdə bircə həstəxanə var. Satipaldinin bu baradə bildiyi bu: sərin, sakit parkda ağacların arasında salınmış hündür ağ bina: boz şüşəli qapının zəng düyməsi var. Çigit toxum və küncərə alveri ilə məşğul olan rəis Abdüğanibay anbarında düşmüş çuvalların altında qalıb ölmək üzrə olanda bu həstəxanəyə getmək əvəzinə Sim*a getmişdi.
Satipaldinin ağlına həstəxanə deyiləndə at araba və ağ çarın təsviri olan 25 somluq pul gəlir.
Xəstə daha da pisləşdi. Satipaldi müraciət eləmək üçün rəisin yanına getdi, amma bu təşrifdən nə edəcəyini bilmədi. Abdüğanibəy onun bu sözlərini eşidəndə çox təəssüfləndi, bacararsa arvada yardım eləməyə hazır olduğunu bildirdi, sonra soruşdu:
— Devanəyi Bəxavəddinə nəsə gətirdinmi? Ousuləzəmə nə?
Satipaldi getdi. Xəstənin yanından getməmək və eyni zamanda yaşamaq üçün ev işi ilə məşğul olmağa məcbur oldu — səbətlər hazırlamağı öyrəndi. O səhərdən axşama kimi günəşin altında səbət toxuyur. Dörd yaşlı qız əlinə dəsmal götürüb anasının üzünü sızanaqdan, milçəklərdən qorur, bəzən əlindəki dəsmalla yorulub yuxuya gedir. Hər şey sakit. Yalnız milçək səsi gəlir. Xəstə inildəyir, yaxından-uzaqdan bazən dilənçi səsi eşidilir: “Ey dost, şeydullah ba adı Allah, sədəqə rəddi bəla, bə qəvli rəsuli ilah...”
Bir axşam xəstə çox əziyyət çəkdi. O hər dəfə fəryat çəkəndə Satipaldi məbəddə bıçaqlanan kimi qıvrılırdı. Qonşu bir yaşlı qadını çağırdı. Yaşlı qadın xəstənin zədələnmiş saçlarını düzəltdi, hər yerini siğalladi, sonra oturub ağladı.
— Məsum uşağın sabahda edən duası qəbul olunar, qızını oyat! — dedi.
Uşaq yuxudan ayıla bilmədən uzun müddət ağladı. Sonra atasının qəzəbindən və anasının vəziyyətindən qorxaraq yaşlı qadının ona öyrətdiyi kimi dua etdi:
— Aman Tanrım, annəmin dərdinə şəfa ver...
Xəstənin vəziyyəti gün-gündən pisləşdi, nəhayət, təmamilə tükəndi hər şey.
“Xəyal olmasın” deyə “Çilyasin” da etmək lazım oldu. Satipaldi boş səbətlərini topdan satan baqqaldan 20 qəpik borc götürdü. Xəstə sanki “Çilyasin”dən sağalmışdı, o gecə hətta gözlərini açıb, balaca qızını da yanına çəkib pıçıldadı:
— Allah qızımın dualarını qəbul elədi. — dedi və ərinə başa düşündürdü, — İndi yaxşıyam, qızımı səhərlərdə oyatmayın...
Yenə gözlərini yumdu və bir daha açmadı, sabah isə öldü. Satipaldi balaca qızını ölü tərəfdən götürüb o biri tərəfə qoyanda balaca qız gözünü açmadan həmişəki kimi dua elədi:
— Aman Tanrım, annəmin dərdinə şəfa ver...
Sim — Fərganə (vilayət)
Uyğunlaşdıran: Rəhmət Babacan
#таржима_дафтаридан | @Rahmat_Bobojon
306 viewsedited 20:02