Get Mystery Box with random crypto!

Sənətşünasın gündəliyi

Logo of telegram channel senetshunasingundeliyi — Sənətşünasın gündəliyi S
Logo of telegram channel senetshunasingundeliyi — Sənətşünasın gündəliyi
Channel address: @senetshunasingundeliyi
Categories: Art
Language: English
Subscribers: 216
Description from channel

Gündəlik incəsənətlə bağlı məlumatlar paylaşılır. Hazırda əsas mövzu - Qarabağ irsidir. Xoş gördük hər birinizi.

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages

2021-06-01 21:10:43
Axşamınız xeyir!
Çoxdandır paylaşım etmirdim.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə bəzi məşhur rəssamların uşaqlıq illərinə aid işlərini paylaşıram.
158 views18:10
Open / Comment
2021-04-27 20:52:43 #sərgi

Axşamınız xeyir!
Bilirəm ki, postlar və məlumatları paylaşmaqda daha aktiv olmalıyam. Ama hələki belə alınır, üzrlü hesab edin. Sözüm onda deyil.

Bu gündən Gazelli Art House Baku həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzuları toxunan “Qrafik Hekayələr” sərgisini təqdim edir. Sərginin iştirakçıları - rəssamlar Arif Hüseynov, Tərlan Qorçu, Zöhrab Salam-zadə və Fidan Hümbətlı - rəsm əsərlərində dünyanı öz hisslərinin prizmasından təsvir edərək, müəyyən konsepsiyaları çatdırmaq üçün qrafikadan bir platforma kimi istifadə edirlər.⁣
Sərgi 28 aprel - 1 iyun tarixlərində çərşənbə axşamı-bazar günü saat 12:00-20:00 açıq olacaq. Giriş sərbəstdir. Ünvan: Lev Tolstoy, 172

Həmçinin Londondakı Gazelli Art House-da aprelin 30-da Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılacaq. Həmin gün isə Cult Baku Club instagram səhifələrində sərginin kuratoru ilə onlayn görüş keçirəcəklər.

ARTIM isə "Yüyürmə! Gördüyün yalnız sərabdır..." adlı qrup sərgisini açır. Sərgidə Aqil Abdullayev, Nərgiz Əsgərova, Katerina Bortsova, Ruslan Quliyev, Adam Pançuk, Lena Skripkina, Yelizaveta Zaliyevanın əsərləri təqdim edilir.
Sərgi 30 aprel-20 avqust 2021 tarixlərində açıq olacaq. Giriş sərbəstdir. Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
211 views17:52
Open / Comment
2021-04-21 19:58:17 21 aprel Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dünya Yaradıcılıq və İnnovasiya Günü kimi elan olunub.
184 views16:58
Open / Comment
2021-04-21 17:12:58
187 views14:12
Open / Comment
2021-04-21 11:20:50 Mədəniyyət Nazirliyinin nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyası yaradılıb.
202 views08:20
Open / Comment
2021-04-21 10:45:02 Həmçinin, Azərbaycan Milli Xalça Muzeyi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edib. Daha ətraflı.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "museum.az" internet bələdçisi logo dizayn müsabiqəsi elan edir. Müsabiqədə iştirak üçün müəyyən olunmuş tarixlər: 01.04.2021-30.04.2021. Qalib loqonun müəllifi 1000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq.

Hər kəsə uğurlar!
148 views07:45
Open / Comment
2021-04-21 10:26:36
#elan
Hər kəsə salam!
Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi
Mədəniyyət Nazirliyi Nizami Gəncəvinin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələri – muzey eksponatlarının ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.
Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir. Eksponatları museum.az saytına daxil olaraq seçmək mümkündür. Muzey eksponatı barədə hekayənin yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur.
123 views07:26
Open / Comment
2021-04-15 21:57:06 İncəsənətin inkişafına töhfə verən bütün yaradıcı şəxslərin Dünya İncəsənət Günü münasibətilə təbrik edirəm!
148 views18:57
Open / Comment
2021-04-15 21:55:03
132 views18:55
Open / Comment
2021-04-15 21:52:16
130 views18:52
Open / Comment