"Şərqə Baxış" Telegram Channel

Topics from channel:

"Şərqə Baxış" Telegram Channel

Channel address: @serqebaxis
Categories: Politics
Language: English
Number Of Subscribers: 963 (Update date: 2021-06-24)
Description from channel

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Transitions to the channel: 0 ( 1 )

The latest Messages

2021-06-21 21:48:56
Picture 1 from Şərqə Baxış 2021-06-21 21:48:56
#Xəbər

Bu gün Yunanıstan baş naziri Mitsotakis və Misir prezidenti əl-Sisi arasında görüş keçirilib.

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Misir prezidenti ikitərəfli əlaqələrin 3000 il yaşı olduğuna diqqət çəkib. Mitsotakis Nil çayının suyu uğrunda münaqişədə Misirin mövqeyini dəstəklədiklərini açıqlayıb. Sisi də ölkəsinin Yunanıstana tam dəstəyini bildirib.

Liderlər mətbuata açıqlamalarında üstüörtülü şəkildə Türkiyəni ittiham edib. Belə ki, əl-Sisi Türk ordusunun da mövcud olduğu Liviyadan bütün xarici qoşunların çıxarılmasını tələb edib.

Yunan baş nazir isə ənənəvi olaraq, Türkiyəni beynəlxalq hüququ və dəniz sərhədlərini pozmaqda günahlandırıb.
303 views
Open / Comment
2021-06-21 07:38:25
Picture 1 from Şərqə Baxış 2021-06-21 07:38:25
Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi partiya 54% səslə qalib gəlib. Koçaryanın liderlik etdiyi hərəkat isə 20 % toplayıb.

Gecə saatlarında çıxış edən Paşinyan bu dəfəki qalibiyyətini “ikinci inqilab” adlandırıb.

Paşinyan Ermənistanı çətin günlərdə dəstəkləyən beynəlxalq partnyorlara: Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa, İran, Gürcüstan və digərlərinə təşəkkür edib.
119 views
Open / Comment
2021-06-20 22:54:25 İsrailin yeni hökumətinin xarici işlər naziri Yair Lapidin ilk xarici səfəri Birləşmiş Ərəb Əmirliklərinə olacaq. (mənbə: Barak Ravid)

Bu maraqlı xəbərdir. Çünki, bilirik ki, BƏƏ-İsrail münasibətlərinin müəllifi sabiq baş nazir Benyamin Netanyahu idi. BƏƏ ilə imzalanmış “İbrahim Sazişi” Netanyahunun xarici siyasətdə əsas imzası və ən yadda qalan “miras”ıdır.

Yeni hökumət isə sırf Netanyahu əlehdarlığı motivasiyası ilə qurulmuşdu. Belə görünür ki, yeni hökumət anti-Netanyahuluğu xarici siyasətə yansıtmaq fikrində deyil. Onu da qeyd edim ki, Netanyahu hökumətinin XİN rəhbəri BƏƏ-ni ziyarət etməmişdi. Yeni hökumətin XİN rəhbərinin ilk ziyarətini Əbu-Dabiyə etməsi BƏƏ ilə münasibətlərin əsas prioritet olacağının mesajıdır.

Əslində bu məqam daxili proseslər və siyasi revanşistliyin dövlətin xarici siyasətinə təsir etməməli olduğunun yaxşı bir örnəyidir. Eləcə də, dövlətlərin imzalarına sadiqliyinə, xarici siyasətdə davamlılığa örnək verilə bilər.

BƏƏ-İsrail yaxınlaşması hər iki tərəfin qazandığı prosesdir, sırf siyasi revanşistliyə qurban verilməmək istənilməməsi başa düşüləndir.
268 views
Open / Comment
2021-06-20 22:54:18
Picture 1 from Şərqə Baxış 2021-06-20 22:54:18
260 views
Open / Comment
2021-06-20 21:12:50 Saat 8-ə olan məlumata görə Ermənistanda seçicilərin tam yarısı seçkilərdə iştirak edib.

Maraqlıdır ki, seçici fəallığının ən yüksək olduğu region 60 %-lə münaqişə sonrası proseslərin mərkəzi olan Sünikdir (Zəngəzur).

Maraqlıdır ki, Sünik Paşinyan əlehdarlarının və Koçaryan tərəfdarlarının ən güclü olduğu region kimi tanınır. Ancaq, hazırda Sünikin kəndlərində Paşinyanın Koçaryandan irəlidə olduğu bildirilir. Hətta, bu yanvarda hərbçilərimizin daxil olduğu və sərhəd bölgüsü apardığı Sünik regionun Şurnux kəndində belə Paşinyanın Koçaryandan öndə olduğu iddia olunur.

Belə görünür ki, Paşinyanın partiyasının çoxluğu qazanmaq ehtimalı yüksəkdir.
329 views
Open / Comment
2021-06-20 21:12:37
Picture 1 from Şərqə Baxış 2021-06-20 21:12:37
322 views
Open / Comment
2021-06-20 11:32:59
Picture 1 from Şərqə Baxış 2021-06-20 11:32:59
Ermənistanda növbədənkənar seçkilər keçirilir.

Seçki öncəsi rəy sorğularına əsasən, heç bir partiya təkbaşına iqtidar ola bilmir. Sorğularda ən çox səs toplayan iki partiya: qərbpərəst Paşinyanın liderliyindəki “Vətəndaş Müqaviləsi” və ruspərəst Koçaryanın liderliyindəki “Ermənistan İttifaqı” hərəkatının hər birinin səsləri 20-25% intervalındadır.
367 views
Open / Comment
2021-06-19 12:45:37 İranın icraedici orqanında iki dönəm reformist hakimiyyətdən sonra mühafizəkarlar dövrü başlayır. 62 % səslə prezident seçkilərində qalib gələn İbrahim Rəisi İranın İnqilabçı elitası üçün çox böyük önəm kəsb edən bir dövrdə ön plana çəkilir.

Yeni dövrdə üçün iki əhəmiyyətli məqam diqqət mərkəzində olacaq: 82 yaşlı Ali lider Xamemeyinin varisinin müəyyənləşdirilməsi və mümkün yumşaq keçid prosesinin təmin edilməsi; davam edən nüvə danışıqları çərçivəsində İran-Qərb münasibətlərinin yeni formasının və sərhədlərinin müəyyən edilməsi.

Rəisi dövründə xarici siyasət ilə bağlı önə çıxa biləcək məsələlər arasında regionun şiə təşkilatları ilə əlaqələrin yenidən formalaşdırılması, Türkiyə ilə regional “soyuq müharibə”, eləcə də Çin ilə siyasi-iqtisadi yaxınlaşmanı xüsusilə qeyd etmək olar.
105 views
Open / Comment
2021-06-19 12:44:19
Picture 1 from Şərqə Baxış 2021-06-19 12:44:19
108 views
Open / Comment
2021-06-18 23:33:08 İdman oyunları, futbol rəqabəti ingilislər və şotlandlar arasında milliyətçi münaqişəni, qarşıdurmanı alovlandıran səbəblərdən biridir. Bu məsələ bir məqamı xatırlatdı.

2014-cü ilin yayında bir şotland ailə ilə qısamüddətli ünsiyyət imkanım olmuşdu: Nənə, baba və nəvə. Həmin vaxt Şotlandiyanın müstəqillik referendumu ərəfəsiydi. Payızda keçiriləcəkdi. Təbii ki, onlara veriləcək ilk sual bu barədə olmalı idi 🙂

Kişi dedi ki, müstəqillik istəmir, “yox” səsi verəcək. Səbəbini soruşmadım. Həyat yoldaşı isə millətçi idi, müstəqillik istədiyini dedi. Ürəyi dolu idi, danışmağa davam etdi. İngilislərin onlara qarşı ayrı-seçkiliyindən filan danışdı.

Qadın belə bir fikir dedi: “Bir şotland idman yarışında uğur qazananda ingilislər deyir, halal olsun, britaniyalı uddu. Uduzanda isə deyirlər ki, bu əclaf onsuzda şotlanddır da, uduzmalı idi.”

“Britaniyalı” coğrafi ad ilə formalaşmış üst kimlikdir deyə belə ayrı-seçkilik olması qaçılmazdır. Coğrafi adla yaradılmış üst kimliklərdə bu tipli problemlər olur. Bizdə də coğrafi kimlikdir və belə sentimentlər var. Xüsusilə, çox işlədilən “təmiz azərbaycanlıdır və ya deyil” termini var. Uğur qazanmış Kasparovu bəzi hallarda bizimki kimi təqdim etməyə çalışırıq. Və ya Qafqazlı üst kimliyi var. Həbib uğurludur deyə qafqazlı olduğunu önə çəkirik. Amma məsələn, Stalinin qəddarlıqlarından danışanda qafqazlı demirik, deyirik ki, əclaf gürcü idi.

Qadının dediklərinə qayıtsaq. Fikrimcə, qadının etiraz etdiyi ayrı-seçkilikdən qurtulmaq qeyri-mümkündür. Sürü halında yaşadığımız və sosial iyerarxiyaya tabe olduğumuz üçün uğurun, uğurlunun sahibi həmişə çox olur. Bir çox hallarda ailə daxilində belə daha uğurlu olan, daha çox pul qazanan övladlar daha çox istənilir. Uğurlu adam qohumlar tərəfindən daha çox istənilir. Nənələr, babalar üçün həmin övladdan olan nəvələr daha “şirin” olur.
123 views
Open / Comment
2021-06-18 23:32:58
Picture 1 from Şərqə Baxış 2021-06-18 23:32:58
119 views
Open / Comment
2021-06-17 23:22:48 “Ərəb Baharı”nın ən uğurlu “yadigar”ı olan Tunis demokratiyası çətin günlər keçirir. Ölkədə 2 ildir ki, siyasi böhran həll edilə bilmir. Parlamentdəki ən güclü siyasi partiyanın ümumi kreslo sayı 25 %-i keçmir. Kabinet siyasi cəhətdən çoxtərkiblidir deyə, stabillik yaradıla bilmir. Prezident ayrı hava çalır, baş nazir ayrı və parlament ayrı. Siyasi elita və yoxsul əhali arasında ciddi uçurum var. Polisin rəftarının şiddəti çox yüksəkdir. Ötən həftə bir şəxsin polis nəzarətində öldürülməsindən sonra kütləvi iğtişaşlar və nümayişlər başlayıb. Ümumiyyətlə, son illərdə ölkədə nümayişlər biri-birini əvəz edir.

Ölkədəki siyasi qeyri-stabilliyin əsas səbəbi kimi iqtisadi tənəzzül göstərilir. Pandemiya səbəbilə turizm sektorunda yaranmış durğunluq vəziyyəti daha da pisləşdirib. Ötən il ölkə iqtisadiyyatı 8 % daralıb, işsizlik çox yüksəkdir. Ölkənin milli borcu ÜDM-nin 91 %-ə təkabül edir. 2021-ci ilin dövlət büdcəsi proqnozuna əsasən Tunisin 7 milyard $ borclanmaya ehtiyacı var. Elə vəziyyət yaranıb ki, ən nikbin çıxış yolu olaraq IMF-dən borc alınması göstərilir.

Əgər siyasi elita iqtisadiyyatı iflasdan xilas edə bilməsə, Ərəb dünyasının yeganə demokratik ölkəsi olan Tunisdə hansı ssenarilər ola bilər? Sosial partlayış yoxsa hərbi çevriliş?

Tunisi siyasi sistemi və iqtisadi tənəzzülünə görə bir mənada Livana bənzətmək olar. Amma, Tunis əhalisində Livandakı kimi etnik-dini rəngarənglik yoxdur. Ölkənin 99%-i ərəb-bərbər və sünnidir. Ona görə də vətəndaş müharibəsi ehtimalı azdır.

Tunis üçün ən bədbin ehtimal hansısa zabitin hərbi çevriliş edib, gücü əlinə almasıdır. Nəzərə alsaq ki, Tunis Afrika ölkəsidir, hərbi çevrilişlər Afrika ölkələri üçün xarakterikdir. Tunis həm də Aralıq dənizinin sahil ölkəsidir. Avropa nəhəngləri öz sərhədlərində çalxantılı-demokratik Tunisdənsə, “dəmir yumruq” tərəfindən susdurulan və stabil saxlanılan Tunisi üstün tuta bilərlər. Misirdə Sisini, Liviyada Həftəri dəstəklədikləri kimi.
289 views
Open / Comment
2021-06-17 23:22:40
Picture 1 from Şərqə Baxış 2021-06-17 23:22:40
276 views
Open / Comment