Get Mystery Box with random crypto!

BMW şirkəti Cənubi Koreyada bloklanmış funksiyalara malik avto | Turbo.az

BMW şirkəti Cənubi Koreyada bloklanmış funksiyalara malik avtomobillərin satışına başlayıb.

Belə ki, avtomobillər ilkin olaraq geniş funksiyalar siyahısı ilə komplektasiya olunub, lakin onlar əlçatan deyil. Bu funksiyalardan istifadə edə bilmək üçün müəyyən məbləğ ödənilməlidir, məsələn, oturacaqların isidilməsi üçün ödəniş ayda 18 $ təşkil edəcək. Həmçinin 1 illik (180 $) və 3 illik (300 $) abunəlik seçimləri, eləcə də bir aylıq pulsuz sınaq müddəti təklif olunur.

Avtomobil sahibi bloklanmış funksiyanı həmişəlik aktiv etmək istəsə, 415 $ ödəməli olacaq.

Digər ödənişli funksiyalar:

• sükanın isidilməsi: ayda 10 $
• quraşdırılmış kameralarla videoqeydiyyat: 235 $ (həmişəlik)
• Apple CarPlay: 305 $ (həmişəlik)

İstifadəçilər bu qərarı tənqidlərlə qarşılayıblar. Onlar hələ 2020-ci ildə şirkətin abunəlik sisteminə keçmək istəyini acgözlük və istismarçılıq adlandıraraq narazılıqlarını bildirməyə başlamışdılar.