🔥 Burn Fat Fast. Discover How! 💪

Fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosia | Xeber24_tg

Fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub. Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər.

M.Ağayev : “Həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlindən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Ətraflı buradan oxuya bilərsiniz.

@xeber24_tg