🔥 Burn Fat Fast. Discover How! 💪

Xeber24_tg

Logo of telegram channel xeber24_tg — Xeber24_tg X
Logo of telegram channel xeber24_tg — Xeber24_tg
Channel address: @xeber24_tg
Categories: News
Language: English
Country: Not set
Subscribers: 2.17K
Description from channel

ℹ️ Ölkədə və dünyada baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


The latest Messages 13

2022-06-09 12:07:08
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib

@xeber24_tg
430 views09:07
Open / Comment
2022-06-09 12:01:59 Hindistanda İslam dini və Məhəmməd peyğəmbərə qarşı təhqirlərə görə Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Azərbaycan XİN çağırılıb.

@xeber24_tg/ XİN
389 views09:01
Open / Comment
2022-06-09 11:13:33
Rusiya və Ermənistan XİN başçıları görüşüblər.

@xeber24_tg
390 views08:13
Open / Comment
2022-06-09 11:12:10
İranın Kirmanşah əyalətinin Pavə şəhərində 3 mərtəbəli binada partlayış olub. Qaz sızmasına görə baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

@xeber24_tg
400 views08:12
Open / Comment
2022-06-09 09:50:24 Respublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər.

Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.


@xeber24_tg
411 views06:50
Open / Comment
2022-06-08 17:20:08 Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda sursat partlayıb.

Sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

@xeber24_tg
458 views14:20
Open / Comment
2022-06-08 15:45:05
Yoluxanların sayı açıqlandı

@xeber24_tg
61 views12:45
Open / Comment
2022-06-08 15:05:32 Az yaşlı Nərminin öldürülməsi ilə bağlı yeni iddia

Tovuzda azyaşlı Nərminin oğurlanıb öldürülməsiylə bağlı hər məhkəmə prosesi davam etdikcə bu işdəki qaranlıqlar daha da dərinləşir. Təsəvvür edin, İlkinə məxsus alt paltarında Nərminin paltarına aid lif tapılması haqda ekspertiza rəy verib. Məhkəmədə məlum oldu ki, o paltarı İlkin tutulandan sonra qardaşı bazardan alıb aparıb, polis şöbəsinə yeməklə birlikdə təhvil verib. Bunu satıcı da məhkəmədə təsdiqlədi. Yeni geyimin üstünə Nərminin paltarının lifi necə gedib düşüb?

Nərminin axırıncı dəfə evdən çıxıb, gödəkçə apardığı əmisi yanmış meyit tapılmamışdan iki gün əvvəl kənd sakinlərindən birinin evinə gəlib, xəbərdarlıq edib ki, onların qapısına Nərminin paltarını, ayaqqabısını, özünü gətirib ata bilərlər, ayıq-sayıq olsunlar. Bunu həmin kənd sakini məhkəmədə açıqladı: "Bilmədim ki, niyə belə deyir..."

Bu məhkəmədəki dindirmələr bir yalanı da üzə çıxardı. Məlum oldu ki, uşaq itkin olduğu dövrdə kənddə İlkin və əmisigildən başqa hamının evində axtarış aparılması haqda deyilənlər yalandır. Nə qədər kənd sakini ifadəsində bildirdi ki, onların da evində axtarış olmayıb.
Uşağın 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı da məhkəmədə dindirmə oldu. Dindirilən şahid deyir ki, o müddətdə həmin otaqda olub, orada toya getmək üçün geyimini dəyişib. Bunu görən başqa bir dostu da var. Həmin vaxt o otaqda nə Nərmin olub, nə də bir başqası... Bunlar bu işdəki ziddiyyətlərin çox az hissəsidir.

@xeber24_tg
127 views12:05
Open / Comment
2022-06-08 14:34:06
Qazax rayonu, Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin (16 yaşlı qız) erkən nikaha daxil olmasının qarşısı alınıb. DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov: “Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıblar." Qeyd edək ki, bu gün Sabirabadda 16 yaşlı qızın nəzərdə tutulan toy mərasimi də ləğv edilib.

@xeber24_tg
159 views11:34
Open / Comment
2022-06-08 13:56:00 Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır

II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Yay qəbul imtahanları III ixtisas qrupu üzrə 6 iyul, II ixtisas qrupu üzrə 7 iyul, I və IV ixtisas qrupları üzrə isə 20-21 iyul tarixlərində keçiriləcək.

@xeber24_tg
185 viewsedited  10:56
Open / Comment