Get Mystery Box with random crypto!

Salam dostlar! Bu sual proqramlaşdırma dünyasında yeni başlaya | Proqramçının yolu

Salam dostlar! Bu sual proqramlaşdırma dünyasında yeni başlayanlar üçün gəlsin

Sual:
Proqram nədir? Və proqram necə yaradılır?

Qeyd: Sualın cavabını oxumazdan əvvəl çalışın özünüz cavablandırıb, daha sonra aşağıdakı cavab ilə fərqləndirəsiz.

Cavab:
Sadə dildə desək:
Proqram – kompüterə şərtlərə uyğun əməliyyatları necə icra etməsini izah edən bir təlimatdır.

Gəlin sizə sadə bir misal ilə bunu izah edim. Tutaq ki, marketə gedib ordan 20 dənə kənd yumurtası almağı planlaşdırırsız. Əgər kənd yumurtası yoxdursa, 10 dənə adi yumurta alacaqsız. Biz beynimizdə heç fikir vermədən hər gün kiçik belə alqoritmlər qurub, onlara əməl edirik. Amma kompüterin bunları etməsi üçün ona yazılı şəkildə təlimat verilməlidir.
Gəlin biz bir robotun sxemində həmin bu alqoritmli bir proqram yazıb onu marketə göndərək. Robot aşağıdakı addımları ataraq proqramı yerinə yetirəcək:
1. Marketə daxil ol
2. Paket götür
3. Yumurtaları axtar
4. Yumurtalara doğru get
5. Kənd yumurtası olub olmadığını yoxla
6. Əgər kənd yumurtası varsa, 20 dənə kənd yumurtası topla
7. Əgər kənd yumurtası yoxdursa, 10 dənə adi yumurta topla
8. Əgər heç yumurta yoxdursa, marketdən çıx
9. Əgər 6 və ya 7-ci şərt ödənibsə, kassaya yaxınlaş
10. Ödəniş et
11. Marketdən çıx

Əgər robota yuxarıdakı alqoritm verilibsə, o ancaq buna uyğun hərəkət edəcək. Tutaq ki, kassada kassir yoxdur. Robot bu halda nə edəcəyini bilməyəcək, çünki belə vəziyyətdə nə edəcəyi ona təlimat verilməyib. Belə halda yazıq robot xəta verə bilər, növbəti addıma keçə və ya ən yaxşı halda gözləmədə qala bilər. Baxır yazılan koda və robotun insafına .

Burdan bir nəticəyə gələ bilərik ki, hər hansı bir proqramlaşdırma dili vasitəsi ilə biz kompüterə proqram yazaraq ona əmr veririk. Proqramlar proqramlaşdırma dilinə uyğun sintaksis ilə yazılır və kompüter onu emal edib əmrləri yerinə yetirir.

Suallarınızı buyurun şərhlərdə yaza bilərsiz
Tapşırıq:
2 mərtəbəli evin liftinin proqramı üçün alqoritmin necə qurulacağını düşünün. Bu lift hansı hallarla qarşılaşa bilər və hansı şərtlərə riayət etməlidir?

#suallar #alqoritm #yeni_başlayanlar