Get Mystery Box with random crypto!

İslam Quran Sunnə

Logo of telegram channel islam_quran_sunne — İslam Quran Sunnə İ
Logo of telegram channel islam_quran_sunne — İslam Quran Sunnə
Channel address: @islam_quran_sunne
Categories: Religion
Language: English
Subscribers: 1.08K
Description from channel

⚡DİGƏR KANALLARIMIZ⚡
http://T.me/Sual_Cavab99
T.me/TecvidEhkamlari90
T.me/YardimlasmaIslamQuranSunne
Sosial şəbəkələrdə də bizi izləyə bilərsiniz
www.facebook.com/IslamQuranSunne/
https://chat.whatsapp.com/BVy47UqxGEF7YOx6Ci1pqK

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages 5

2022-08-17 07:01:32 #gününayesi

أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَ‌ٰلِكَ لَءَايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ 

 Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır.

وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَ‌ٰخِرِينَ 

 Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ 

 Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır

Nəml surəsi,ayə 86,88.

T.me/islam_quran_sunne
217 views04:01
Open / Comment
2022-08-16 18:23:24 Alimlərdən İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

İstiğfar (Əstəğfirullah demək, yəni "Allahım, məni bağışla" zikri) diləmək ən böyük savablardandır və qapısı çox genişdir.
Kim əməlində, sözündə, halında, ruzisində və qəlbində darlıq hiss edərsə, o zaman tövhidlə istiğfara sarılsın.
Məcmu Fətava, 11/698

Həmçinin ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Uca Allah xəbər vermişdir ki, O istiğfar diləyənə əzab verməz. ‌‏Çünki istiğfar əzaba düçar edəcək günahların silinməsinə səbəbdir. Əzab istiğfarla insandan uzaqlaşdırılar.

Məcmu Fətava, 8/163
T.me/islam_quran_sunne
214 views15:23
Open / Comment
2022-08-16 16:20:49

206 views13:20
Open / Comment
2022-08-16 13:45:16
207 views10:45
Open / Comment
2022-08-16 07:01:09 #gününayesi

وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَـٰتِنَا لَا يُوقِنُونَ 

 O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِـَٔايَـٰتِنَا فَهُمْ يُوزَعُونَ 

 Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَـٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ 

Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?”

وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ 

Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər

Nəml surəsi, ayə 82-85.

T.me/islam_quran_sunne
221 views04:01
Open / Comment
2022-08-15 21:36:39 https://t.me/feziletlikitab


Ən münasib və ən ucuz qiymətə islami kitabların satış ünvanı.
213 views18:36
Open / Comment
2022-08-15 21:19:28

207 views18:19
Open / Comment
2022-08-15 18:13:45 Cabir (ALLAH ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir:

Nəzər insanı qəbrə, dəvəni qazana salar.
(Ibn Hibban, 2/107; əl-Əlbani və b.).

*** Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni ölməmiş tez kəsərlər.
Əbu Səid əl-Xudri (ALLAH ondan razı olsun!) rəvayət edir:
Peyğəmbər (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun!) cinlərdən və insan gözündən ALLAHA sığınırdı (ət-Tirmizi, 2059; ən-Nisai, 8/271; ibn Macə, 3511)

T.me/islam_quran_sunne
218 views15:13
Open / Comment
2021-09-05 07:00:06 #Gününayəsi

فَلْيَضْحَكُوا۟ قَلِيلًا وَلْيَبْكُوا۟ كَثِيرًا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ 

Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb çox ağlasınlar.


وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَـٰسِقُونَ 

 Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər.



Tövbə surəsi,ayə 82 və 84.

T.me/islam_quran_sunne
18 viewsSalafy_33 , 04:00
Open / Comment
2021-09-05 03:41:00 Sehrin, cadunun müalicəsində istifadə edilən dərmanlar, oxunan ruqyələr hamıya eyni təsir göstərmir. Sehr olunmuş insanın özünün etdiyi ibadətlər, zikrlər də hamısı eyni təsiri göstərmir.
Məsələn, kimisi ruqyəli zeytun yağından daha çox təsirlənir və edilən sehr dərhal batil olur. Kimisi zeytun yağına reaksiya vermir, ancaq ud hindi içən kimi bədənindəki təsirlənir. Kimisi sidrli su ilə çimdikdən sonra yaxşılaşır. Kimisinə hiltit güclü təsir edir, kimisinə əcva xurması, kimisinə hicama. Adam var mənəvi müalicə - yəni ruqyə dinləmək - daha çox təsir edir, adam da var yuxarıda sadalanan və ya adı çəkilməyən başqa ruqyəli dərmanlar. Kimisi saatlarca ruqyə oxunarkən təsirlənmədiyi halda, özü dua edərkən bədənindəkilər təsirlənir. Kimisi bütün günü məsciddə çoxlu ibadət etməklə şifa tapır, kimisi Allah yolunda sədəqə verməklə.

Deyirəm ki, sehrdən müalicə prosesində Quran və sünnədə gələn və təcrübə ilə təsiri bilinən (şəriətə müxalif və içində şirk olmayan) hər bir metodu istifadə etmək lazımdır. Çünki şifanın harada olduğunu heç kim bilməz. Necə ki cadu hər adama eyni qaydada edilmir, eləcə də ruqyə tədavisi hamıya eyni tətbiq olunmamalıdır.

İnsan var ona bazar ertəsi cadu ediləndə tutur, insan var şənbə günü və s. İnsan var ona torpaqla cadu edəndə təsir göstərir, insan var dəmirlə. Bu çəkdiyimiz çox cüzi misallardır. Əslində isə bu, geniş mövzudur. Ona görə də, cadu olunmuş insan bir metodu yox, bir neçə metodu sınaqdan keçirməlidir, ta ki özünə ən çox nəyin təsir etdiyini bilsin.(Qoşul: https://t.me/RuqyeSunnedir)

Xüsusilə qeyd edim ki, sehr olunmuş insanlara istər ibadətlərdən, istər ruqyələrdən, istərsə də haramlardan (çəkinməkdə) ən çox ağır və çətin gələni olur. Məsələn, insan var səhər və axşam zikirlərini etmək ona çətin gəlir, həmin kəs bilsin ki onun dərmanı odur. İnsan var hər gün mütəmadi olaraq Quran oxumaq ona ağır gəlir, bilsin ki onun dərmanı hər gün Quran oxumaqdır. İnsan var qeybətdən, içkidən və başqa günahlardan çəkinir, göz zinasından çəkinə bilmir, bilsin ki o günahı tərk etsə sağalacaq in şəə Allah. Bu çəkdiyimiz misallardan əlavə, bura başqa əmr və qadağalar da daxildir. Özün fikirləş və gör, ibadətlərdən və çəkinməli olduğun haramlardan sənə ən çətin gələn şeylər nədir..

Lakin bütün bunların içində, əksər hallarda insana ən çox təsir edən ruqyə olunmaqdır.
12 viewsSalafy_33 , 00:41
Open / Comment