Get Mystery Box with random crypto!

Allah‐təalanın kəlamlarından: ʺMən cinləri və insanları | ~Mədinə-Ərəb dili📘

Allah‐təalanın kəlamlarından:
ʺMən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdımʺ (əz‐Zariyat, 56).
ʺBiz hər ümmətə, Allaha ibadət edin, tağutdan (Allahdan başqa ibadət olunan hər hansı bir şeydən – Ə.Ə.) uzaqlaşın, – deyə peyğəmbər göndərdikʺ (ən‐Nəhl, 36).
ʺSənin Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdurʺ (əl‐İsra, 23).
ʺDe ki, gəlin sizə Rəbbinizin nələri haram buyurduğunu deyim ki, Ona heç bir şeyi şərik qoşmayasınızʺ (əl‐Ənʹam, 151).
ʺAllaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayınʺ (ən‐Nisa, 36).
İbn Məsʹud demişdir: ʺKim Muhəmməd Peyğəmbər -ﷺüzərində möhürü olan vəsiyyətini görmək istəsə, Allah‐Təalanın ʺDe ki, gəlin sizə Rəbbinizin nələri haram buyurduğunu deyim ki, Ona heç bir şeyi şərik qoşmayasınızʺ kəlamından ʺBu şübhəsiz, mənim düzgün yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayınʺ (əl‐Ənʹam, 151‐153) kəlamınadək oxusunʺ.
Müaz bin Cəbəl (Allah ondan razı olsun!) demişdir: ʺBir dəfə Peyğəmbər (ﷺ) yol gedərkən uzunqulağa minib məni də tərkinə almışdı. O mənə dedi: – Ey Müaz, bilirsənmi Allahın öz bəndələri və bəndələrin Allah üzərində haqqı nədir? Dedim: ʺOnu Allah və Rəsulu daha yaxşı bilərʺ. Dedi: ʺAllahın bəndələri üzərində haqqı odur ki, Onlar ona itaət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsinʺ. Dedim: ʺYa Rəsulullah, bu şad xəbəri adamlara çatdırımmı?ʺ Dedi: ʺÇatdırma, onlar bu müjdəyə arxayın olub yaxşı işlərdən uzaqlaşarlarʺ.