Get Mystery Box with random crypto!

TÖVHİDİ YERİNƏ YETİRƏNLƏRİN CƏNNƏTƏ HAQQ‐HESABSIZ DAXİL OLAC | ~Mədinə-Ərəb dili📘

TÖVHİDİ YERİNƏ YETİRƏNLƏRİN CƏNNƏTƏ HAQQ‐HESABSIZ DAXİL OLACAQLARI HAQDA FƏSİL
Allah‐təalanın kəlamında deyilir: ʺHəqiqətən, İbrahim Allaha müti və Ona üz tutan nümunəvi bir imam idi. O heç vaxt müşriklərdən olmamışdırʺ (ən‐Nəhl, 120).
Başqa bir kəlamda isə deyilir: ʺÖzlərinin Rəbbinə şərik qoşmayanlar...ʺ (əl‐Müʹminun, 59). Hüseyn ibn Əbdürrəhmandan belə rəvayət edirlər: ʺMən Səid ibn Cübeyrin yanında olarkən o dedi: – Sizin hansınız bu gecə batan ulduzu gördü? Dedim: – Mən. – Sonra əlavə etdim: – Doğrusu, mən o vaxt namaz üstə deyildim, çünki məni əqrəb sancmışdı. O soruşdu: – Bəs nə edirdin? Cavab verdim: – Ovsun oxuyurdum. Dedi: – Buna səni nə məcbur etmişdi? Dedim: – Şəʹbinin bizə danışdığı hədis. Soruşdu: – O sizə hansı hədisi danışıb? Dedim: – O bizə Büreyd ibn Huseybdən Peyğəmbərin ﷺ belə dediyi barədə hədis danışıb: ʺOvsunla yalnız bəd nəzər toxunana və ilan‐çayan sancana əlac etmək olarʺ (Əhməd – 1/271, 4/436). Səid ibn Cübeyr mənə Peyğəmbərin ﷺ bu sözü ilə cavab verdi: ʺEşitdiyinə əməl edən adam nə yaxşı adamdır!ʺ Lakin İbn Abbas bizə bir dəfə Peyğəmbərin ﷺ belə dediyini danışmışdır: ʺMənim qarşıma ümmətlər çıxdı. Mən elə peyğəmbər gördüm ki, yanında bir dəstə adam, eləsini gördüm ki, yanında bir‐iki adam vardı, eləsini də gördüm ki, onun yanında heç kəs yox idi. Bu zaman mənə böyük bir kütlə göründü. Mən elə zənn etdim ki, onlar mənim ümmətimdir, lakin mənə səda gəldi: ʺBu, Musa və onun qövmüdürʺ. Yenə baxdım və başqa böyük bir insan kütləsi gördüm. Mənə səda gəldi ki, bu sənin ümmətindir. Onların arasında yetmiş min adam var idi ki, haqq‐hesabsız və əzabsız Cənnətə düşəcəklərʺ. Peyğəmbər ﷺ bunu deyib ayağa qalxdı və mənzilinə daxil oldu. Camaat bu yetmiş min nəfərin kimliyi barədə fikir yürütməyə başladılar. Bəʹzisi dedi ki, ola bilsin, onlar Rəsulullahın ﷺ silahdaşlarıdır. Bəʹzisi də dedi ki, bəlkə də, onlar İslam bərqərar olduqdan sonra anadan olmuş və heç nəyi Allaha şərik qoşmamış adamlardır. Hərə bir söz dedi. Bu zaman Rəsulullah (s.s) onların qarşısına çıxdı və ondan bu barədə soruşdular. O dedi: ʺOnlar elə adamlardır ki, ovsun oxutmur, fala inanmır, damğa basmaqla müalicə etdirmirlər. Onlar yalnız öz Allahlarına təvəkkül edirlərʺ. Ükkaşə bin Mihsən ayağa qalxdı və dedi: ʺAllaha dua et ki, məni də onlardan etsinʺ. Peyğəmbər dedi: ʺSən onlardansanʺ. Sonra başqa biri ayağa qalxdı və dedi: ʺMənim üçün də Allaha dua et ki, məni onlardan etsinʺ. Peyğəmbər dedi: ʺBu işdə Ükkaşə səndən qabağa düşdüʺ (Buxari – 3229, Müslim – 220).

Tövhid kitabı
3 cü bab
Əqidə+ərəb dili

Dinləyərək oxu
Tərcüməsi ilə oxu
Anlamağa çalış

#tövhid