🔥 Burn Fat Fast. Discover How! 💪

BAŞQALARINI “LA İLAHƏ İLLƏLLAH” ŞƏHADƏTİNƏ DƏVƏT ETMƏK HAQQIN | ~Mədinə-Ərəb dili📘

BAŞQALARINI “LA İLAHƏ İLLƏLLAH” ŞƏHADƏTİNƏ DƏVƏT ETMƏK HAQQINDA FƏSİL

Allah‐təalanın kəlamında deyilir:
ʺDe: – Mənim yolum insanları ağıl və bəsirətlə Allaha iman gətirməyə dəʹvət etmək yoludurʺ (Yusif, 108).

İbn Abbasdan (Allah ondan da, atasından da razı olsun!) rəvayət olunur ki, Rəsulullah (s.s) Müazı Yəmənə göndərəndə ona demişdir: ʺSən Kitab əhlindən olan adamların yanına gedirsən. Onları dəʹvət etdiyin ilk şey ʺLa ilahə illəllahʺ şəhadəti olsun!ʺ Başqa bir rəvayətdə isə belə deyilir: ʺOnlar Allahın təkliyini qəbul edənə qədər onları şəhadətə dəvət et. Əgər onlar sənə itaət göstərsələr və bunu qəbul etsələr, onlara bildir ki, Allah‐təala onlara bir gecə‐gündüz ərzində beş dəfə namaz qılmağı fərz buyurmuşdur.
Əgər onlar buna da itaət göstərsələr, onlara bildir ki, Allah‐təala onların varlılarının mal‐dövlətlərindən kasıb larına sədəqə verilməsini də fərz buyurmuşdur. Əgər onlar buna da itaət etsələr, məbadə onların mal‐dövlətinin qiymətlisinə toxunasan! Məzlumun qarğışından qorx, çünki onun qarğışı ilə Allah arasında pərdə yoxdurʺ.

Yenə də onların ikisinin Səhl bin Səʹddən (Allah ondan razı olsun!) rəvayət etdikləri hədisdə deyilir ki, Rəsulullah -ﷺ Xeybər döyüşü günü demişdir: ʺMən sabah bayrağı Allahı və Onun Rəsulunu sevən bir kişiyə verəcəyəm. Allah və Onun Rəsulu da o adamı sevirlər. Allah bizə onun əli ilə qalibiyyət gətirərʺ. Adamlar bütün gecəni bayrağın kimə veriləcəyi barədə mübahisə etməklə keçirdilər. Səhər duran kimi onlar hamısı Peyğəmbərin ﷺ yanına yollanıb hər biri xahiş etdi ki, bayraq ona verilsin. Peyğəmbər soruşdu: ʺƏli ibn Əbu Talib haradadır?ʺ Dedilər: ʺO, gözlərindən şikayət edirʺ. Onun dalınca adam göndərdilər. Onu gətirdilər. Rəsulullah -ﷺ onun gözlərinə tüpürüb dua oxudu. Onun gözləri sanki ağrımırmış kimi dərhal sağaldı. Peyğəmbər əleyhissəlam bayrağı ona verdi və dedi: ʺSakitcə onların arasına get, döyüş meydanına çat, sonra onları İslama dəʹvət et və onda Allah‐təalanın onlar üzərində vacib olan haqlarından onları xəbərdar et. Əgər sənin köməyinlə bir adam belə Allahın düz yoluna çıxarsa, bu sənin üçün qırmızı heyvanlardan* daha xeyirlidirʺ.

Tövhid kitabı
5 ci bab
Əqidə+ərəb dili


Tərcüməsi ilə oxu
Anlamağa çalış

#tövhid