🔥 Burn Fat Fast. Discover How! 💪

İsimlərin yiyəlik hal vasitəsilə təyin olunmasına “izafə” deyi | ~Mədinə-Ərəb dili📘

İsimlərin yiyəlik hal vasitəsilə təyin olunmasına “izafə” deyilir. Birinci hissəyə “mudaf ” , ikinci hissəyə isə“mudaf ileyhi” deyilir. Uzlaşan təyini birləşməsindən fərqi odur ki burada təyin vəzifəsini sifət deyil, adi isim icra edir. İzafə iki əsas hissədən ibarətdir.
Mudafın əsas əhkamlari (şərtləri):
1.
(ال) qəbul etmir
2. Tənvini qəbul etmir;
Mudaf ileyhi-nin əsas şərti isə daimi yiyəlik halında olmasıdır.
Məs: ٍكتابُ زيد Zeydin kitabı
“Mudaf”ın müəyyən və qeyri- müəyyən olması “mudaf ileyhi”-dən asılıdır. Yəni “mudaf ileyhi” müəyyənlıkdə olarsa, “mudaf”da müəyyənlik halına düşmüş sayılır.
Bununla da mudafın (ال) qəbul etməməsi şərti izah olunur. Beləki, bir isimdə 2 tərif vasitəsi cəm ola bilməz .
 Cümlə üzvü olaraq yalnız “mudaf” hallanır. Bununlada onun tənvini qəbul etməməsi şərtini anlamaq olur. Yəni, “mudaf”la “mudaf ileyhi” iki isim olmasına baxmayaraq onlar bir məfhuma işarə etmiş olur, buna görə sanki bir isim kimidilər. Bildiyimiz kimi isə tənvin yalnız ismin sonuna qoyula bilər. Digər tərəfdən izafədə təyin etmək vəzifəsini “mudaf ileyhi” icra edir və buna görə o, sanki ismin sonuna daxil olan tənvinin vəzifəsini icra etmiş olur (yəni “mudafın” mənasını tamamlayır). Beləki, tənvin, əsasən, ismin bitməsinə (tamamlanmasına), onun “mudaf” olmamasına işarə edir.

İfadə etdiyi mənasına görə izafə 3 növ ola bilər.Bunlar hansı növlərdir?