🔥 Burn Fat Fast. Discover How! 💪

Xeber24_tg

Logo of telegram channel xeber24_tg — Xeber24_tg X
Logo of telegram channel xeber24_tg — Xeber24_tg
Channel address: @xeber24_tg
Categories: News
Language: English
Country: Not set
Subscribers: 2.17K
Description from channel

ℹ️ Ölkədə və dünyada baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


The latest Messages 3

2022-08-28 10:23:38 Masallıda dağlıq ərazidə yanğın söndürülüb

FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

@xeber24_tg
554 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 07:23
Open / Comment
2022-08-27 23:06:05
Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamınından 30 il ötür...

Faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib.

Ruhunuz şad olsun !

@xeber24_tg
597 viewsZiya Səfərli, edited  20:06
Open / Comment
2022-08-27 20:59:08 Azərbaycan Pakistanın yardım çağırışına cavab verdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Pakistanda çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olan leysan yağışları və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti Pakistana 2 milyon ABŞ dolları məbləğində yardım edəcək. Bu barədə Nazirlər Kabineti məlumat yayıb

@xeber24_tg
52 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 17:59
Open / Comment
2022-08-27 16:07:22 Ərdoğan Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edib.

@xeber24_tg
242 viewsZiya Səfərli, 13:07
Open / Comment
2022-08-27 13:37:56 Ötən gün həlak olan hərbçi dəfn olunub.

Avqustun 26-da Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobillə qəzaya düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlu bu gün dəfn olunub. 

@xeber24_tg
327 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 10:37
Open / Comment
2022-08-27 13:34:19
DƏHŞƏT Rusiyada təyyarənin son yoxlamalarını aparan texniki işçinin başını pərvanə kəsib və işçi olduğu yerdə dünyasını dəyişib.

Nadir görüntülər üçün https://t.me/+mBZ8-UGhIPg1MGMy linkə keçid edib kanala abunə olun
307 viewsZiya Səfərli, 10:34
Open / Comment
2022-08-27 12:55:23 Şuşaya 2040-cı ilə qədər 20-30 min sakin qayıda bilər.

@xeber24_tg
332 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 09:55
Open / Comment
2022-08-27 09:07:59 İçərişəhərdə ağızlıqsız it gəzdirən 4 gənc ilə polis arasında dava baş verib. Polis gənclərə ağızlıq olmadan İçərişəhərdə it gəzdirməyin qadağan olduğunu və ətrafdakı uşaqların qorxa biləcəyini desə də, gənclər "Bizim kim olduğumuzu bilirsən?" deyərək polisə fiziki müdaxilə ediblər.

Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.

Onlar barəsində müvafiq olaraq 20, 10 və 8 sutka həbs cəzası verilib. Yanlarında olan qız isə sərbəst buraxılıb.

@xeber24_tg
417 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 06:07
Open / Comment
2022-08-27 09:05:03
Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

@herbi_azerbaijan
391 views𝐸𝑠𝑖𝑚 𝐴𝑙𝑖 シ︎, 06:05
Open / Comment
2022-08-26 22:12:24
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov bu gün vəfat edib.

Uzun müddətdir müalicə alan general bu gün vəfat edib.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tutub.

@xeber24_tg
457 viewsZiya Səfərli, 19:12
Open / Comment