Get Mystery Box with random crypto!

~Mədinə-Ərəb dili📘

Logo of telegram channel medine_erebdili — ~Mədinə-Ərəb dili📘 M
Logo of telegram channel medine_erebdili — ~Mədinə-Ərəb dili📘
Channel address: @medine_erebdili
Categories: Education
Language: English
Subscribers: 644
Description from channel

📚Ərəb dilində faydalar
Hər gün bir kitabdan (ərəb azərbaycan )
paylaşım edilir
Reklam üçün 👇🏻
@erebdilitest_bot
Fikir və təkliflər üçün 👇🏻
@erebdilii_bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 18

2021-06-12 09:32:07 TÖVHİDİ YERİNƏ YETİRƏNLƏRİN CƏNNƏTƏ HAQQ‐HESABSIZ DAXİL OLACAQLARI HAQDA FƏSİL
Allah‐təalanın kəlamında deyilir: ʺHəqiqətən, İbrahim Allaha müti və Ona üz tutan nümunəvi bir imam idi. O heç vaxt müşriklərdən olmamışdırʺ (ən‐Nəhl, 120).
Başqa bir kəlamda isə deyilir: ʺÖzlərinin Rəbbinə şərik qoşmayanlar...ʺ (əl‐Müʹminun, 59). Hüseyn ibn Əbdürrəhmandan belə rəvayət edirlər: ʺMən Səid ibn Cübeyrin yanında olarkən o dedi: – Sizin hansınız bu gecə batan ulduzu gördü? Dedim: – Mən. – Sonra əlavə etdim: – Doğrusu, mən o vaxt namaz üstə deyildim, çünki məni əqrəb sancmışdı. O soruşdu: – Bəs nə edirdin? Cavab verdim: – Ovsun oxuyurdum. Dedi: – Buna səni nə məcbur etmişdi? Dedim: – Şəʹbinin bizə danışdığı hədis. Soruşdu: – O sizə hansı hədisi danışıb? Dedim: – O bizə Büreyd ibn Huseybdən Peyğəmbərin ﷺ belə dediyi barədə hədis danışıb: ʺOvsunla yalnız bəd nəzər toxunana və ilan‐çayan sancana əlac etmək olarʺ (Əhməd – 1/271, 4/436). Səid ibn Cübeyr mənə Peyğəmbərin ﷺ bu sözü ilə cavab verdi: ʺEşitdiyinə əməl edən adam nə yaxşı adamdır!ʺ Lakin İbn Abbas bizə bir dəfə Peyğəmbərin ﷺ belə dediyini danışmışdır: ʺMənim qarşıma ümmətlər çıxdı. Mən elə peyğəmbər gördüm ki, yanında bir dəstə adam, eləsini gördüm ki, yanında bir‐iki adam vardı, eləsini də gördüm ki, onun yanında heç kəs yox idi. Bu zaman mənə böyük bir kütlə göründü. Mən elə zənn etdim ki, onlar mənim ümmətimdir, lakin mənə səda gəldi: ʺBu, Musa və onun qövmüdürʺ. Yenə baxdım və başqa böyük bir insan kütləsi gördüm. Mənə səda gəldi ki, bu sənin ümmətindir. Onların arasında yetmiş min adam var idi ki, haqq‐hesabsız və əzabsız Cənnətə düşəcəklərʺ. Peyğəmbər ﷺ bunu deyib ayağa qalxdı və mənzilinə daxil oldu. Camaat bu yetmiş min nəfərin kimliyi barədə fikir yürütməyə başladılar. Bəʹzisi dedi ki, ola bilsin, onlar Rəsulullahın ﷺ silahdaşlarıdır. Bəʹzisi də dedi ki, bəlkə də, onlar İslam bərqərar olduqdan sonra anadan olmuş və heç nəyi Allaha şərik qoşmamış adamlardır. Hərə bir söz dedi. Bu zaman Rəsulullah (s.s) onların qarşısına çıxdı və ondan bu barədə soruşdular. O dedi: ʺOnlar elə adamlardır ki, ovsun oxutmur, fala inanmır, damğa basmaqla müalicə etdirmirlər. Onlar yalnız öz Allahlarına təvəkkül edirlərʺ. Ükkaşə bin Mihsən ayağa qalxdı və dedi: ʺAllaha dua et ki, məni də onlardan etsinʺ. Peyğəmbər dedi: ʺSən onlardansanʺ. Sonra başqa biri ayağa qalxdı və dedi: ʺMənim üçün də Allaha dua et ki, məni onlardan etsinʺ. Peyğəmbər dedi: ʺBu işdə Ükkaşə səndən qabağa düşdüʺ (Buxari – 3229, Müslim – 220).

Tövhid kitabı
3 cü bab
Əqidə+ərəb dili

Dinləyərək oxu
Tərcüməsi ilə oxu
Anlamağa çalış

#tövhid
157 viewsedited  06:32
Open / Comment
2021-06-12 09:31:19
131 views06:31
Open / Comment
2021-06-12 09:13:56
127 views06:13
Open / Comment
2021-06-12 09:11:32 ( كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ )
البقرة (28)

«كَيْفَ» اسم استفهام مبني على الفتح في محل نصب حال.
«تَكْفُرُونَ» فعل مضارع والواو فاعل.

و الجملة مستأنفة.
«بِاللَّهِ» لفظ الجلالة مجرور بالباء ومتعلقان بتكفرون.
«وَكُنْتُمْ» الواو حالية ، وقد مقدرة قبل الفعل الماضي كنتم وهو فعل ماض ناقص والتاء اسمها ، والميم للجمع
«أَمْواتاً» خبرها.

و الجملة في محل نصب حال.
«فَأَحْياكُمْ» الفاء حرف عطف ، أحياكم فعل ماض ومفعول به والفاعل ضمير مستتر تقديره هو.

«ثُمَّ» حرف عطف.
«يُمِيتُكُمْ» فعل مضارع ومفعول به والفاعل هو. «ثُمَّ» حرف عطف.
«يُحْيِيكُمْ» فعل مضارع ومفعوله والميم للجمع وفاعله مستتر.
«ثُمَّ» حرف عطف.

«إِلَيْهِ» متعلقان بالفعل بعده
«تُرْجَعُونَ» والجملة معطوفة.
129 views06:11
Open / Comment
2021-06-11 23:12:56
#hərcüməbirdua
66 viewsedited  20:12
Open / Comment
2021-06-11 08:06:51
3. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - ﷺ - buyurdu: “Allah Ərafatda Adəmin belindən onun zürriyətini çıxararaq onlardan əhd aldı. Onları Adəmin önünə zərrəciklər kimi səpələdi. Sonra bir-başa onlara buyurdu: “Mən sizin Rəbbiniz deyiləmmi?” Onlar: “Bəli, biz şahid olduq!”- dedilər. (Bu ona görədir ki,) siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”- deməyəsiniz” (əl-Əraf, 172-173)”

Qudsi hədis 3

Tərcümə ilə oxu
Anlamağa çalış

#qudsihədis
94 viewsedited  05:06
Open / Comment