2022-06-09 18:45:05
РАҲМАТ БОБОЖОН: Эркин Воҳидов чин маънода халқ шоири, халқнинг юрагини топган шоир. Мен шоирга тенг ёшдаги, шу даражадаги бошқа миллат ваеилларининг ижодкорларини излаб, ўқиб кўрдим. Бундай шоирлар Туркия, Озарбойжон, Қозоғистон, Тожикистонда ҳам бор экан. Уларнинг ичида энг сермаҳсули, фикр ва туйғуга бойи Эркин Воҳидов шеърияти эканига амин бўлдим. Қуйидаги таржималар шоиримизни озар халқига яна бир бор таништира олади деб умид қиламан.
ERKIN VAHIDOV DUTARİM TARI İKİDİRDutarim tari ikidir:
Biri şənli, biri məhzun.
Ki, bəytim sətri ikidir:
Biri dilxoş, biri dilhun.
Nigarim çəşmi ikidir:
Biri yağma, biri cadu,
Bu cadudan iki gözüm
Biri Səyhun, biri Cəyhun.
Cəhanda iki dilbərin
Biri sənsən, biri Ləyla,
Cəhanda iki aşığın
Biri mənəm, biri Məcnun.
Cəhanda iki ulduz var:
Biri sənsən, biri Zühra,
Sanki bu iki nöqtəmin
Biri astin, biri üstün.
Cəhanin mehri ikidir:
Biri sənsən, biri günəş,
Tərəzi tartarı iki:
Biri yerdir, biri gərdun.
Məkani iki şahinin —
Bir qaya, biri göydür,
Qanadı iki şairin —
Bir ölkə, bir açun.
Qəzəl bitməkdə sıçrayıb,
Gözümdən yaş, qəlbimdən ot,
Belədən iki sətrimin
Biri damla, biri uçqun
Gəlib bağ səyrindan Erkin,
Qəzələ dalğa arardım,
İçəri girdi iki dost:
Biri Səyyar, biri Tolqun.
SEVGİOn səkkizə girməyən kim var,
Bağından gül yığmayan kim var,
Sən haqqında dörd sətir yazıb,
Və yavaşca sirrini açıb,
Qonşu qıza verməyən kim var.
Əvvəl hər kəs qələm tutan an,
Yanıb səni oxur bigüman,
Ev tikərken hər bir könüldən,
Aşiqləri ayırıb dildən,
Şairləri edirsən biyran.
Mən də düşdüm bəlkə damina,
Xoş hissləri bəxş etdin mənə,
Həyatıma zər lövhə oldun,
İlk şeirimə sərlövhə oldun,
Xəyallarım dost oldu sənə.
Ürəyimdə hiss etdim qanad,
Sehr kimi açıldı həyat,
Görüşdəki dəmlərim şirin,
Qürbətdəki qəmlərim şirin,
Gülür mənə bütün kainat...
On səkkizə girməyən kim var,
Bağından gül yığmayan kim var...
* * *
Mən kişi yerində olmağim lazım,
Ya arvad sözünə yürməyim lazım.
Arvadın toy, bir çox ehtiyaci var,
Hə desə, “ləbbəy” diyə durmağim lazım.
Hə desə, “ləbbəy” deyə bilməyim üçün,
Evimdə pul zavod tikməyim lazım.
Evimdə pul zavod tikə bilməsəm,
Ən böyük bankları çalmağim lazım.
Banki çalmaq belə uğursuz olsa,
Hə desə, düşünüb durmağim lazım.
Düşünən bir kişi olandan görə,
Dünyadan yox olub, qurumağım lazım.
Dünyadan yox olub getməmək üçün,
Mən kişin yerində durmağim lazım
Yəni kişilərin yolunu tutub,
Kəyf alib şahmat oynamam lazım.
Uyğunlaşdıran: Rəhmət Babacan www.facebook.com/evohidov
www.t.me/Erkin_Vohidov
www.erkinvohidov.com
676 viewsNigora Umarova, edited 15:45